525.Az

Dünya Bankının Azərbaycana olan ümidləri böyükdür


 

Dünya Bankının Azərbaycana olan ümidləri böyükdür<b style="color:red"></b> Dünya Bankı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TASİM layihəsinin gələcəkdə ölkənin regional əməkdaşlıqda rolunun artırılmasına səbəb olacağını hesab edir.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko deyib.

Hazırda bu layihənin icrası ilə bağlı bir neçə variant Dünya Bankı ilə Azərbaycan hökuməti arasında müzakirə mövzusudur.
 
“Biz bu layihənin gələcək effektivliyi ilə bağlı proqnozlar verməyə hazır deyilik. Lakin birmənalı olaraq deyə bilərəm ki, TASİM-in reallaşdırılması gələcəkdə Azərbaycanın regional əməkdaşlıqda rolunu artıracaq, ölkəni beynəlxalq rabitə və məlumat ötürmə bazarında qlobal səviyyəyə çıxardacaq.

Azərbaycan “İpək yolu”nun bir hissəsinə çevriləcək. Artıq “İpək yolu” informasiya axını yoluna çevriləcək. Azərbaycanın bu layihənin reallaşdırılmasında aktiv mövqe tutması çox təqdirəlayiqdir”,- deyə o bildirib.
 





06.09.2014    çap et  çap et