525.Az

İcra Hakimiyyəti və səfirliyin maliyyə xərcləri yoxlanılıb


 

İcra Hakimiyyəti və səfirliyin maliyyə xərcləri yoxlanılıb<b style="color:red"></b> Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Palatadan Lent.az-a verilən məlumata görə, Kollegiyada dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan 2011-2013-cü illər və 2014-cü ilin birinci yarımili üzrə Masallı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Azərbaycanın  İspaniya  Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan  vəsaitlərin icrası, dövlət  rüsumlarının hesablanılması və ödənilməsinə, həmçinin  Dövlət Sosial Müdafiə Fondunun  Şəmkir rayon şöbəsi üzrə gəlir və xərclərin, o cümlədən, şöbənin saxlanılması xərclərinin proqnozlaşdırılması və  icrasına dair həyata keçirilmiş  audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunub. Müvafiq qərarlar qəbul edilib.
 
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan  Milli Məclisinə təqdim olunması qərara alınıb.
 
Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan  vəsaitlərin  proqnozlaşdırılması və  icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından  və Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair  Audit  proqramları   müzakirə edilərək təsdiq olunub.
 





08.09.2014    çap et  çap et