525.Az

Rusiya hava məkanını Qərb aviaşirkətləri üçün bağlaya bilər


 

Rusiya hava məkanını Qərb aviaşirkətləri üçün bağlaya bilər<b style="color:red"></b> Rusiya hökuməti Qərbin yeni sanksiyalarına cavab olaraq öz hava məkanını həmin ölkələr üçün bağlaya biləcəyini istisna etmir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev  “Vedmosti”yə müsahibəsində deyib.
 
“Əlbəttə ki, yeni sanksiyaların nədən ibarət olacağı maraqlıdır və əgər bu sanksiyalar enerji məsələləri və bizim maliyyə sektorumuza qarşı yönəlsə, biz buna asimmetrik cavab verəcəyik. Məsələn, nəqliyyat sahəsində məhdudiyyətlər buna nümunə ola bilər”, - deyə o, qeyd edib.
 
D. Medvedev bildirib ki, Moskva öz tərəfdaşları ilə dostluq münasibətindədir və Rusiya üzərindən uçuşlar açıqdır:

“Ancaq bizə qarşı məhdudiyyətlər olacağı halda biz buna cavab verəcəyik. Əgər Qərb bizim hava məkanından istifadə etməsə, bu, bir sıra aviaşirkətlərin iflasına gətirib çıxara bilər”.
 
Tarixin belə situasiyalara dəfələrlə şahid olduğunu vurğulayan baş nazir tətbiq olunan tədbirlərin müsbət nəticə vermədiyini söyləyib.
 





08.09.2014    çap et  çap et