525.Az

İki türkmən kəndi "İŞİD"-dən azad olundu


 

İki türkmən kəndi "İŞİD"-dən azad olundu<b style="color:red"></b> İki türkmən kəndi "İŞİD"-dən azad edilib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "İŞİD" 3 aydır mühasirədə saxladığı Tuzhurmatu qəsəbəsinindəki  Salam və Yenici kəndləri təşkilatın nəzarətindən çıxıb.

Bölgədə aparılan hərbi əməliyyatlarda 20 dən çox terorçu məhv edilib. Eləcə də, 3 peşmərgə və 7 şiə silahlısı ölüb.
 
Qeyd edək ki, həmin bölgədə öldürülən terorçulardan Riyad Mehdinin qardaşı Sami Mehdi ilə birgə "İŞİD"-in ən təcrübəli döyüşçülərindən olduğu bildirilir. İki qardaş bir neçə il öncə Səddam Hüseynin ordusunda döyüşdükləri də qeyd olunub.
 
 





08.09.2014    çap et  çap et