525.Az

Bakı Slavyan Universitetinin məktəb-litseyində "Dolu" filmi (FOTOLAR)


 

Bakı Slavyan Universitetinin məktəb-litseyində "Dolu" filmi<b style="color:red"> (FOTOLAR)</b>

Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Akt zalında Qarabağ müharibəsindən bəhs edən və tanınmış Azərbaycan ziyalısı, millət vəkili, jurnalist və yazıçı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmiş «Dolu» filmi nümayiş etdirilib.

525.az-ın məlumatına görə, məktəb-lisey kompleksi pedaqoji kollektivinin, Şagird parlamentinin, Universitetin filologiya və jurnalistika fakültələri tələbələrinin xahişi ilə baş tutan nümayişə ssenarinin müəllifi, filmin direktoru, aparıcı rolların ifaçıları, yaradıcı heyətin digər üzvləri gəliblər. Nümayişdən öncə film haqqında, bu cür sənət nümunələrinin müasir Azərbaycan tamaşaçısı üçün vacibliyi barədə danışan BSU-nun professoru, Məktəb-lisey kompleksinin direktoru Telman Cəfərov yaradıcı heyətin məktəbə gəlişinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, qonaqlara minnətdarlığını bildirib.

Müəllim, şagird və tələbələr qarşısında çıxış edən yazıçı Aqil Abbas, filmin direktoru Elxan Əliyev, baş rollardan birinin ifaçısı Məmməd Səfa çıxış edərək, film haqqında dolğun təsəvvür yaratmağa çalışdılar. Sonra film nümayiş etdirilib. Sonra gənclər yaradıcı heyət üzvüləri ilə şəkillər çəkdirdilər və yazıçı Aqil Abbas öz kitablarını tələbə və şagirdlərə, məktəb kitabxanasına hədiyyə edib.

 





07.11.2012    çap et  çap et