525.Az

Heydər Əliyev sarayında muğam konserti olacaq


 

Heydər Əliyev sarayında muğam konserti olacaq<b style="color:red"></b> Heydər Əliyev Sarayının təşkilatçılığı ilə oktyabrın 7-də “Muğam qanadlarında” adlı muğam ifaçılarının konserti keçiriləcək.
 
Lent.az-ın məlumatına görə, konsertdə muğam ifaçıları, xalq artistləri Simarə İmanova, Zabit Nəbizadənin ifaları olacaq. Onlardan savayı gənc xanəndələr Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, Arzu Əliyeva, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Rəvanə Ərəbova, Elnur Zeynalov və Gülay Qədirova da ifalarını təqdim edəcəklər. 
 
Qeyd edək ki, saat 19:00–da başlayacaq konsertin biletləri 10-30 manatdır.
 





08.09.2014    çap et  çap et