525.Az

Ukraynadakı müharibədə 3 min nəfər həlak olub


 

Ukraynadakı müharibədə 3 min nəfər həlak olub<b style="color:red"></b> Ukraynanın şərqində silahlı münaqişə başlayandan üç min adam həlak olub.
 
Lent.az-ın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Zeyd bin Raad əl-Hüseyn məlumat verib.
 
Ölən insanlar arasında dinc sakinlərin, hərbçilərin təsnifatı aparılmayıb.
 
“Reuters” agentliyi iyulun 17-də Amsterdam Kuala-Lumpur istiqamətində uçan və Donetskdə qəzaya uğramış “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə həlak olanların da üç min nəfərin içərisində yer aldığını dəqiqləşdirib.
 





08.09.2014    çap et  çap et