525.Az

Arif Hacılı Müsavat Partiyasındakı vəzifələrindən istefa verib


 

Arif Hacılı Müsavat Partiyasındakı vəzifələrindən istefa verib<b style="color:red"></b>

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya başqanının müavini Arif Hacılı vəzifəsindən istefa verib.
 
Bu barədə APA-ya A.Hacılı özü məlumat verib.

O, istefa haqqında qərarını Müsavat başqanlığına namizəd olacağı ilə əlaqələndirib:
 
“Bu qərarı müzakirələrdən sonra verdim. Hesab edirəm ki, partiyadakı vəzifəm partiya üzvlərinin öz iradəsini sərbəst şəkildə irəli sürməsinə heç bir maneə törədə bilməzdi. Lakin belə bir fikirlər səsləndirilirdi ki, vəzifədə qalmaq qurultay nümayəndələrinin seçiminə təsir göstərə bilər. Mən də bütün bunları nəzərə alaraq, partiyada tutduğum bütün vəzifələrdən istefa verdim”.
 
O, yaxın günlərdə Müsavat başqanlığına namizədliyini rəsmən irəli sürəcəyini qeyd edib.

 





08.09.2014    çap et  çap et