525.Az

“Cənub Qaz Dəhlizi”nin təməli qoyulacaq


 

“Cənub Qaz Dəhlizi”nin təməli qoyulacaq<b style="color:red"></b>

Sentyabrın 20-si Bakıda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi layihəsi üzrə təməlqoyma mərasimi baş tutacaq.
 
“APA-Economics”in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
 
“Bu addım “Şah-Dəniz” qazının “Səngəçal” terminalından Türkiyəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutur”, - deyə R. Abdullayev bildirib.
 
ARDNŞ prezidenti əlavə edib ki, 2015-ci ilin əvvəlində Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək:

“Artıq bununla bağlı planlaşdırılma, geologiya işləri aparılır. Lazımi tenderlər elan olunub. Tikinti və yaşayış üçün düşərgələr salınıb. Aprelin ilk günlərindən isə artıq sahə işlərinə başlanacaq”, - deyə R. Abdullayev qeyd edib.

 





09.09.2014    çap et  çap et