525.Az

"Toylarla bağlı problemin həllinə inanıram"


 

"Toylarla bağlı problemin həllinə inanıram"<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı millət vəkili Fazil Mustafanın toylarla bağlı yazısına münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Komitə sədri facebook səhifəsində Azərbaycandakı toylarla bağlı problemin tez bir zamanda həllinə inandığını qeyd edib.
 
 “Millət vəkili Fazil Mustafanın  "Azərbaycandakı toy terroru" adlı yazısını oxudum. Yazıda qeyd olunan fikirlərlə həmrəy olduğumu ifadə edir və qaldırılan problemlərin tez bir zamanda həll olunacağına inanıram.

Müəllifə ictimaiyyətin də ürəyincə olan bir məsələyə xüsusi diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm”.
 
Qeyd edək ki, millət vəkili Fazil Mustafa  mədəniyyət və turizm nazirinə müraciət edərək, toylarımızda olan bədxərcliyə nəzarət etməyi tövsiyə edib.
 





09.09.2014    çap et  çap et