525.Az

“Müsəlmanların məsumiyyəti”nin müəllifi həbs edildi


 

“Müsəlmanların məsumiyyəti”nin müəllifi həbs edildi<b style="color:red"></b>

Kalifoniya məhkəməsi qalmaqallı “Müsəlmanların məsumiyyəti” filminin Nakula Bessli Nakula adı ilə tanınan produsserini bir il müddətinə azadlıqdan məhrum edib. O, vaxtından əvvəl şərti azadlığa buraxılması qaydalarını poxmaqda təqsirli bilinib.

Nakula Bessli Nakula (əsl adı Mark Bessli Yusuf) 2011-ci ildə dələduzluğa görə 21 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin bu ilin iyununda vaxtından əvvəl azadlığa buraxılıb. Bunun əsas şərtlərindən biri internetdən, eləcə də, polisin razılığı olmadan hər hansı ləqəbdən istifadəyə qadağa qoyulması olub.

Mark Bessli Yusuf bu il sentyabrın 27-də yenidən həbs edilib. Ona səkkiz hissəlik ittiham irəli sürülüb. Nakula Bessli Nakula isə yalnız dörd hiss üzrə ittihamları qəbul edib.

Xatırladaq ki, bu ilin sentyabrında internetdə “Müsəlmanların məsumiyyəti” filminin fraqmentləri yayımlanıb. Yaranmasında Nakula Bessli Nakulanın da iştirak etdiyi film müsəlman ölkələrində kütləvi etriaz aksiyalarına səbəb olub. ABŞ-ın Liviyadakı səfiri Kris Stivens filmlə bağlı yaranan kütləvi iğtişaşlar zamanı qətlə yetirilib. Məhəmməd peyğəmbərin təhqir edildiyi film bəzi ölkələrdə ekstremizm təzahürü kimi qəbul edilib və yayılmasına qadağa qoyulub.

ANS Press


 





08.11.2012    çap et  çap et