525.Az

Spiker parlament sədrlərinin Avropa konfransında iştirak edəcək


 

Spiker parlament sədrlərinin Avropa konfransında iştirak edəcək<b style="color:red"></b> Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti parlament sədrlərinin Avropa konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaq.

Milli Məclisdən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
  
Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət – tarazlığın əldə olunması” mövzularında  müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin  mövqeyini bildirəcəklər.
 
Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər  səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
 
Səfər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev milli nümayəndə heyətləri Baş katiblərinin görüşündə iştirak edəcək, tədbirdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş  tədbirə qatılmaları da gözlənilir.
 





09.09.2014    çap et  çap et