525.Az

Prezident 153 nömrəli orta məktəbə baş çəkib


 

Prezident 153 nömrəli orta məktəbə baş çəkib<b style="color:red"></b>

Sentyabrın 9-da prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 153 nömrəli tam orta məktəbin binası 4 mərtəbə, 3 korpusdan ibarətdir.

80 sinif otağı, o cümlədən 6 fənn kabinetindən ibarət məktəb 1500 şagird yerlikdir. Hazırda burada 1 növbədə, rus və Azərbaycan dillərində 700 şagird təhsil alır. Məktəbdə 2 idman zalı, akt zalı, kitabxana, kompüter, əmək təlimi və tibb otaqları da yaradılıb.

 





09.09.2014    çap et  çap et