525.Az

DİN Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb


 

DİN Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata hörə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşıb və 5-ci mərtəbəyədək tikilib) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib.
 
Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb. Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları - Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.

 





09.09.2014    çap et  çap et