525.Az

Qarabağın işığı Ağdamdan gedir...


 

Qarabağın işığı Ağdamdan gedir...<b style="color:red"></b>

Tut ağacının altında oturub Ağdam  haqqında danışırq. Havanın cırhacır vaxtıdı. İsti nəfəsimizi az qala kəsir. Söhbət o qədər maraqlı olur ki, istini belə hiss etmirik...

Təəssüflənirik. Kaş ki, bu söhbəti Ağdamdakı həyətində olan "bedana" tutun altında aparaydıq. Qayınatasının caladığı "bedana"nın sivri budaqları həyəti altına almışdı. Ağsaqqal deyir ki, indi məskunlaşdığı həyətə gələn kimi tut ağacı alıb əkdim. Neçə ildir bar verir. Amma o tutun dadını vermir. Onun ayrı tamı varıydı...

Həmsöhbətim uzun illər Ağdam Elektrik Şəbəkəsində çalışıb. Onunla otuz səkkiz il ərzində çalışdığı elektrik şəbəkə haqqında danışırıq. Ta yaranışından tutmuş  müstəqilliyimizə qədər ki dövrədək...

Sabir Məhərrəmov 1928-ci ildə Şuşanın Malıbəyli kəndində anadan olub. Amma Ağdamda böyüyüb. "İmarət"in məhəlləsində yaşayıb. Bir çox fərqli cəhətləri ilə seçilib.

Həmsöhbətim öncə evinin tərs tikilməsi ilə fərqlənib...

Ağdamda mövcud olan ənənəyə görə evlərin giriş tərəfi doqqaz ya darvazaya baxmamalıydı. Həyətə daxil olan kəs evin girəcəyini görməməliydi. Amma elə gətirir ata yurdunda evi üzü darvazaya tərəf tikməli olur...

On üç yaşından əmək fəaliyyətinə başlayıb. Müharibənin ən gərgin vaxtında Şirxanovun rəhbəri olduğu  MTS- fəhlə kimi işə düzəlir. MTS-in o illərdə bostan sahəsi var idi. Bostandan əldə olan məhsulun bir hissəsini hərbi hissələrə, digər hissəsini isə işçilərə əməkhaqqı kimi verirdilər. 1946- ildə Sabir Məhərrəmovu ambara işə dəyişirlər:

- 1961-1963- illərdə Neft bazaya işə keçdim. Heft baza əvvəlcə MTS-in tərkibində idi. Sonralar böyüdü sərbəst qurum kimi fəaliyyət göstərdi. Az müddət Ət Kombinatında çalışdım...

Sabir Məhərrəmov 1964- il iyun ayının birindən Ağdam Elektrik Şəbəkəyə ilk əmr alan işçilərdən olur. Əvvəlcə  kadrlar şöbəsinə, sonra mühasib kimi işə başlayan həmsöhbətim  qırx il çalışdığı təşkilatın tarixini asta-asta danışır. Bütün hadisələri insanları  haqqında hər hansı bir məlumatı unutmaq istəmir.

Həmsöhbətimin sözlərindən belə məlum olur ki, Ağdam Elektrik Şəbəkənin ilk direkrotu Əbdül Həsənov olub. Əbdül Həsənov 1964- ilin iyun ayından 1969-cu ilədək şəbəkənin müdiri olub. Həmin illərdə Ağdam RPK birinci katibi Nadir Abbasov idi. Aralarında münaqişənin yaranması nəticəsində Əbdül müəllim vəzifəsini tərk etməli olur.

- Şəbəkənin yaranmasında o kişinin böyük rolu olub. Ə.Həsənovun çalışdığı dövrdə beş yüz on üç nəfər adam şəbəkədə çalışırdı. İlk illərdə Ağcabədi, Füzuli,  keçmiş Martuni Mardakert, habelə Kəlbəcər rayonları Ağdam Elektrik Şəbəkəsinə baxırdı. Onlar şəbəkə rayonu statusunda idi. Sonradan nazirliyin dəstəyi ilə Şəbəkə rayonlarını bizim şəbəkədən ayırdılar...

İş elə gətirmişdi ki, 50-ci illərdə, Əli Bayramov küçəsinin baş tərəfində, Novruzlu kəndinə gedən yolun üstündə Gəncə Elektirk şəbəkəsinə tabe olan yarımstansiya tikilmişdi. Bu elektirk şəbəkə ətraf rayonları elektrik enerjisiylə təmin edirdi. Yarımstansiyanın idarəsi üçün kiçik otaqlardan ibarət inzibati otaqlarda inşa edilmişdi. 1964- ildə  yaranan şəbəkədə məhz həmin inzibati binada fəaliyyətə başladı. Beş illik fəaliyyəti dövründə direktor Əbdül Həsənov şəbəkə üçün yeni inzibati bina qonaq evi inşa etdirdi...

Göytəpədə olan 330 kv/voltluq yarımstansiya 1973- ildə istifadəyə verildi. Həmin illərdə  Göytəpə Yarımstansiyasından Xankəndinə xüsusəndə ermənilərin məskunlaşdığı kəndlərə enerji verilirdi. Dağlıq Qarabağın böyük bir hissəsinə enerji Göytəpədən gedirdi. Amma ermənilər vəziyyəti əvvəlcədən  bildiklərindən Laçın istiqamətində Ermənistandan da ayrıca xətt çəkmişdilər...

1987-88 -ci ildə isə Malıbəyli kəndində yarımstansiya inşa edildi. Bu yarımstansiya Şuşa azərbaycanlıların yaşadıqları kəndləri fasiləsiz enerjiylə təmin etməyə imkan verdi...

Əbdül Həsənovdan sonra şəbəkəyə Qəni Əliyevi təyin etdilər. Q. Əliyev doqquz il çalışdı. 1978-ci ildə  Ağdaşda  Elektrik Şəbəkədə  baş mühəndis işləyən Atilla Əfəndiyev, 1983- ildən isə Telman Allahverdiyev şəbəkəyə rəis təyin edildi...

Həmsöhbətimin sözlərinə görə, o illərdə pulun dəyəri var idi. İşığın qiyməti cəmi altı qəpik idi. Müəllimlərə müharibə veteranlara enerji iki qəpiyə satılırdı. Yığımın səviyyəsi  isə həmişə yüksək olardı. O illərdə Sabir Mehdiyev enerji satışı şöbəsinin rəisi idi. O əslən Xıdırlı kəndindən idi, atasına "Qara Mehdi" deyərdilər.  Mehdi Mehdiyev uzun illər məsul vəzifələrdə çalışmışdı...

Bu arada əsgəri xidməti zamanı baş vermiş hadisədən danışır:

-Abdal-Gülablıdan olan general-mayor Murtuz Quliyev xidmət etdiyim hərbi hissənin komandiri idi. Mənə çox yaxşılığı dəymişdi. Bir gün gəldilər ki, bəs komandirin haqqında məlumat versən gələcəkdə işin yaxşı olar. Vəzifəyə təyin edərlər.

Deyim ki, o illərdə əsgərlik üç il çəkirdi. Dedim ünvanı səhv salmısan, qaqa. Düz getdilər...

 "Malbəhli" dünyaya gəlsəmdə, Ağdam mənim üçün  daha əzizdir.

Xeyli söhbət etdik. Elektrik şəbəkənin bütün fəaliyyətinə toxunduq. Söhbətimizin yekununda bir daha Ağdama qayıdırıq:

- İyirmi iki illiyimizin tarixə yazılmasını istəmirəm...

Ağdamda kondisioner işlətmirdilər. Şuşanın havası bir başa şəhərə gəlirdi...

Doğma şəhərimi bir gün görsəm, elə bilərəm dünya mənimdir...

Cavan oğlumu itirəndə elə bildim Ağdamı ikinci dəfə itirdim...

"Ağdama qayıdan da ilk olaraq güjürülüyüb uçuq ata yurdumu bərpa edəjəm".

Heç vaxt inanmazdım ki, iyirmi il torpaqlarımızdan ayrı qala bilərəm. Erməni atəşləri altında sınmış pəncərələrimizi dəyişdirirdik...

Beləliklə, növbəti bir ağdamlıyla söhbətə yekun vururam. Hamımız Ağdamın  damlarını bərpa edəcəyimiz günü səbrsizliklə gözləyirik...

 





09.09.2014    çap et  çap et