525.Az

Azərbaycan-Almaniya: tarixdən gələn dostluq


 

Azərbaycan-Almaniya: tarixdən gələn dostluq<b style="color:red"></b>

Son illər Azərbaycanla Almaniya arasında çoxşaxəli əməkdaşlıq uğurla inkişaf edir. İki ölkənin rəhbərliyi arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, müxtəlif sahələrdə qarşılıqlı səfərlər, mədəniyyət sahəsində əlaqələrin genişlənməsi bu prosesə öz töhfəsini verir.

Bu günlərdə Almaniya-Azərbaycan Forumunun (DAF) nümayəndə heyətinin Bakıya səfəri bu qəbildəndir. Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin başçılıq etdiyi heyət bir sıra görüşlər keçirib, Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun Almaniya cəmiyyətində ölkəmizlə bağlı həqiqətlərin yayılmasında mühüm rolunu qeyd edib.

Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Almaniya-Azərbaycan Forumu arasında alman dilində Azərbaycan haqqında informasiya portalının yaradılması ilə bağlı qrant müqaviləsi imzalanıb.

Almaniya nümayəndə heyətinin Milli Məclisdə keçirdiyi görüşdə iki ölkə arasında çoxsahəli əlaqələrdən söz açılıb. Spiker Oqtay Əsədov Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupu arasında əməkdaşlığın önəmini vurğulayıb.

Almaniya-Azərbaycan Forumunun nümayəndə heyəti ilə yanaşı, bu günlərdə Baden-Vürttemberq əyalətinin Bayersbronn (Baiersbronn) şəhərindəki musiqi məktəbinin 17 nəfərdən ibarət şagird müəllim kollektivi Azərbaycana səfər edib. Qonaqlar sentyabrın 4-dən 7-dək Göygöl rayonunda olublar.

Qeyd edək ki, Göygöl rayonunun gənc musiqiçiləri üç il əvvəl Almaniyaya getmişdilər bu indi alman tərəfinin cavab səfəridir. Bu barədə məlumat verən Göygöldəki Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Quliyeva bildirib ki, Almaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən bu qarşılıqlı səfərlərin əsası bu rayondan millət vəkili, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Rövşən Rzayevin təşəbbüsü 2011-ci ildə qoyulub. Həmin ilin aprelində musiqi məktəbinin 20 nəfərlik heyəti Azərbaycanın Almaniyadakı Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı, AZAL-ın dəstəyi ilə Baden-Vürttemberq əyalətinin Şturqart şəhərində olmuşdu. Xatırladaq ki, Göygöl (keçmiş Helenendorf) şəhərinin əsası 1819-cu ildə Almaniyanın Vürttemberq krallığından Azərbaycana köçmüş alman icması tərəfindən qoyulub. Bu gün Göygöl iki xalq arasında mədəni əlaqələrdə körpü rolunu oynayır, buraya tez-tez Almaniyadan qonaqlar gəlir. Yeri gəlmişkən, budəfəki heyətdə vaxtilə Göygöl (Helenendorf) şəhərinin əsasını qoymuş Forerlərin nümayəndəsi - Tomas Forer olub.

Rayon İcra Hakimiyyəti səfərin yaddaqalan keçməsi hər cür köməyi göstərib. Nuranə Quliyevanın bildirdiyinə görə, qonaqlar Göygöl şəhərində almanların tikdikləri evlərə, saldıqları küçələrə baxıblar. Göygöldəki keçmiş alman kirxası (burada tarix-diyarşünaslıq muzeyi yerləşir) şəhərdə dünyasını dəyişmiş sonuncu alman olan Viktor Klaynın ev-muzeyi ilə tanışlıq onlarda dərin təəssürat doğurub. Qonaqlar Göygöl şəhərindəki Bayraq Meydanı, Heydər Əliyev Mərkəzi digər görməli yerlərə baş çəkib, rayonun Zurnabad Şəhriyar kəndlərində qədim tarixi abidələrə baxıblar. Hacıkənd-Toğana istiqamətində ekskursiya da yaddaqalan olub. Alman nümayəndə heyəti Gəncə şəhərinə, habelə qonşu Şəmkir rayonuna səfər edib, burada almanların tikdikləri binalar, təmir-bərpa edilmiş kirxa ilə maraqla tanış olublar.

Sentyabrın 6-da almaniyalı gənc musiqiçilərin Göygöl uşaq musiqi məktəbinin şagirdləri ilə birgə konserti olub. Sentyabrın 7- almaniyalı şagird müəllimlər bu cür yaddaqalan görüşlərin gələcəkdə davam etməsi arzusu ilə vətənlərinə yola düşüblər.

 Dünən Göygöldən Bakıya gələn almaniyalı qonaqlar paytaxtın görməli yerlərini, dənizkənarı bulvarı gəziblər. Səfərin yekunu ilə bağlı Yaxt-klubda keçirilən mərasimə Bakıda səfərdə olan Avropa Birliyinin enerji məsələləri ilə komissarı Günter Ottingerin qatılması isə səfərin daha bir yaddaqalan məqamı olub. Xatırladaq ki, G.Ottinger 2009-cu ildə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri olarkən Azərbaycana gəlmiş Göygölə səfər etmişdi. Budəfəki görüşdə həmin səfəri xatırlayan qonaq Azərbaycan-Almaniya əlaqələrin hərtərəfli inkişafından, almaniyalı gəncləri burada görməkdən məmnunluğunu ifadə edib. O, iki ölkənin gəncləri arasında belə görüşlərin təşəbbüskar təşkilatçılarına minnətdarlığını ifadə edib.

Almaniyalı qonaqlar bu gün ölkəmizdən zəngin təəssüratla vətənlərinə yola düşəcəklər.

CEYHUN

 





09.09.2014    çap et  çap et