525.Az

"Toy məclislərində musiqinin səsi ayrıca bir terrordur"


 

"Toy məclislərində musiqinin səsi ayrıca bir terrordur"<b style="color:red"></b>

"İki gündür bir neçə hüzür yerində oldum - hüzür yeri ona görə deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa aid etmək doğru deyil".

Bunu Milli Məclisin (MM) deputatı Fazil Mustafa öz facebook səhifəsində paylaşdığı statusunda qeyd edib. O qeyd edib ki, insan ölümü Şər deyə xarakterizə oluna bilməz, səbəbsiz yerə ölüm Haqqdır demirlər ki... Onun qeyd etdiyinə görə, son illərdə ən çox məmnun qaldığı mənzərənin şahidi olub”. Açığı illərdir bu mövzuda danışmaqdan da yorulmuşduq ki, təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da olsa çözməyə başladı. Tam qətiyyətlə deyirəm, ağlı başında olan hər bir Azərbaycan vətəndaşı üzdə , içində bu addıma sevinir"-deyə, qeyd edən deputatın yazdığına görə, yas sahiblərinin işi xeyli yüngülləşib, artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çox vaxt ayıra biləcəklər: "Hələ qəbir yerlərinin ayrılmasında rüşvət ortadan qaldırılsa, qəbiristanlıqlar movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da təbii ki, olacaq. Çadır mafiyası, qəbiristanlıq mafiyası, bəzi geriçi mollalar s. Əsas vətəndaşın razı qalmasıdır. İndi sıra gəlir toy şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə. Məncə bu məsələlərlə birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır. Niyə? Çünki bu günki toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə Qobustan qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki növ yeməyi zibil kimi yedirdilər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Bir dəfə xatırlayıram, toy sahibi təkid etmişdi ki, stollara viski qoymayın, şadlıq evi sahibi bildirmişdi ki, menyudan bunu çıxa bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara içdi-içmədi ucdantutma viski süzəndə şadlıq evinin sahibi yaxınlaşıb bildirmişdi ki, xahiş edirəm ikisini götür apar, amma məni ziyana salma. 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm". F.Mustafa sonra yazır ki, musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən tez toyu tərk etməsini qəsdən düşünürlər ki, yeməklər az yeyilsin:

" Toya salınan pulun da 70 faizi bu ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyur mədəniyyət naziri, siz bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu Menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə inanmazlar. Ona görə bu sahədə ayıbımızı mütləq düzəltməliyik, həqiqətən yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır".

Kamil HƏMZƏOĞLU

 





09.09.2014    çap et  çap et