525.Az

"Misir və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə əsaslanır"


 

Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti İşlər vəkili Heysam Cəlalın "525"ə müsahibəsi.

"Misir və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə əsaslanır"<b style="color:red"></b>

-Misir İsrail Fələstin arasında vasitəçi rolu yerinə yetirir. Danışıqlar hələ gərgin ləng olsa da, regionda sülhün bərpası ümidsizdir. Problem nədədir?

-İlk növbədə, Misir fələstinlilərin azadlıqlarının əldə edilməsini beynəlxalq hüquqa iki dövlətin razılığına uyğun olaraq müstəqil suveren dövlət qurmasını dəstəkləyir. Fələstin məsələsi həmişə Misirin milli təhlükəsizliyinin bir hissəsi olmuş   Misir Fələstin xalqını qorumaq üçün heç əsirgəməmiş çoxlu qurbanlar vermişdir. İsrail Fələstin arasındakı münaqişədə Misirin rolu zəruri əvəzedilməzdir, Misir tərəflər arasında olan boşluqların doldurulmasına çalışır biz tezliklə məqbul kompromis əldə edilməsinə ümid edirik. Misir tərəflər arasında müvəqqəti atəşkəsin əldə olunmasına nail olub, lakin şübhə inamsızlıq bunu pozur....sabit atəşkəsə nail olmaq Fələstin xalqının əzablarına son qoymaq üçün daha çox səy göstərmək lazımdır.

-İraqda Suriyada hökm sürən proseslərə Misirin münasibəti necədir?

- Zəngin tarixi sivilizasiyası ölkəsi olan iki böyük dövlət İraq Suriyada baş verən qanlı hadisələri Misir çox narahatlılıq təəssüf hiss ilə izləyir. Buna görə Misir hər iki ölkənin ərazi bütövlüyü suverenliyinə hörmət olaraq bu siyasi böhranın həlli üçün beynəlxalq regional səyləri dəstəkləyir. Biz həmçinin beynəlxalq təşkilatların terrorizmə qarşı mübarizəsini dəstəkləyirik, nəzərə alaq ki, terrorizm sərhəd tanımır hansısa bir ölkənin sərhəddində məhdudlaşmır.

-İnqilabdan sonra Misir qazandı itirdi? Hazırda Misirdə bərpa islahatlar hansı səviyyədədir?

-Bəli, Misir iki il ərzində iki məşhur milli inqilabın şahidi olmuşdu. Birinci dəfə 25 yanvar 2011-ci ildə korrupsioner rejim, ikinci dəfə 30 iyun 2013- ildə isə Müsəlman qardaşların fanatik rejim devrildi. Biz deyə bilərik ki, Misir 3 ildir ki, korrupsiyaya fanatizmlə üz-üzə qalıb. Hələki Misir enişli-yoxuşlu  bir keçid dövrü keçir, lakin misirlilər irəli getmək üçün bütün sahələrdə geniş islahatlar aparmaq inkişafa nail olmağa çox qərarlıdırlar.

-Keçmiş hazırkı hökumət arasında fərq nədən ibarətdir?

-Dəyişikliklər çox sadədir. Bu, Müsəlmanlar Qardaşlar fanatik ideologiyası, xalqın vətənpərvərlik ruhu yeni rejimin obyektivliyindən ibarətdir. Yeni seçilmiş prezident əksər misirlilərin kütləvi dəstəyini alıb, hökumət həyatın bütün sahələri üzrə islahatlar üzərində işləyir.

-İnqilabdan sonra Azərbaycan Misir əlaqələri barədə deyə bilərsiniz?

-Misir Azərbaycan arasında əlaqələr ortaq tarixə mədəniyyətə, qarşılıqlı hörmətə, bütün sahələrdə müsbət əməkdaşlığa əsaslanır, belə ki, ikitərəfli əlaqələr adlardan asılı deyil..Misir Azərbaycanın davamlı inkişafını uğurlarını heyranlıqla izləyir. Dünyanın bir çox yerlərində fanatizmin ekstremizmin cərəyan etdiyi bir dövründə Azərbaycanda müxtəlif  dinlər arasında tolerantlığı qeyd etmək istərdim, buna görə Azərbaycan izləniləcək bir model olmuşdur. Misir Azərbaycanın müstəqilliyini ərazi bütövlüyünü tanıyan, müstəqillik əldə etdikdən sonra mümkün yardım köməklik göstərməyə hazır olan 1992-ci ildə Azərbaycanda səfirliyini açan ölkələr sırasında olmuşdur. Misir Azərbaycanın ərazi bütövlüyünü vurğulayaraq, BMT Təhlükəsizlik Şurası beynəlxalq təşkilatların qətnamələrini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik səylərini ilə regionda sülhə rifaha nail olunacağına uzun sürən münaqişənin sülh yolu ilə ədalətli həll olunacağına ümid edirik. 

-Mədəniyyət sahəsində əlaqələr necədir?

-Bakıdakı Misir Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin inkişafında körpü rolunu oynayır. Misir Azərbaycan arasında mədəni əlaqələri çox müsbət şəkildədir bu sahədə əlaqələri möhkəmləndirmək üçün hər iki ölkə rəsmilərinin səfər mübadiləsi var. Məsələn, keçən iyun ayında Bakı Misir Mədəniyyət Günlərinə ev sahibliyi etdi, gələn il isə Misirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Hazırda turizm sahəsində qarşılıqlı əməkdaşlıq var, gələcəkdə Bakı ilə Şarm Əl Şeyx, Hurqada   Qırmızı Dənizin nüfuzlu kurortları arasında uçuşlar həyata keçirilməsi  planları var. 

Pərvanə

 





09.09.2014    çap et  çap et