525.Az

"Təmiz hava" aylığı və onun ekoloji əhəmiyyəti


 

"Təmiz hava" aylığı və onun ekoloji əhəmiyyəti<b style="color:red"></b>

Dünyamız ciddi ekoloji böhranla üz-üzədir. Ən müxtəlif formalarda təzahür edən təbii fəlakətlər yalnız ekoloji gərginlik yaratmır, eyni zamanda bəşəriyyətin varlığı üçün ciddi təhlükədir. Əgər dünən insanlar ekoloji tarazlığın pozulması həyəcanını təbiətə qayğının bir nümunəsi kimi büruzə verirdilərsə, indi artıq təbiətə balanssız nizamsız hücumlar bizim özümüzə qarşı çevrilir. Hər şey ani güzəştsiz baş verir. Artıq dünyanı cənginə alan təbii fəlakətlər, o cümlədən atmosferin zəhərlənməsi təbiətə laqeyd münasibətdən doğur.

Atmosferin çirklənməsi sənaye, nəqliyyat s. sahələrdə çox böyük həcmlərdə müxtəlif yanacaq növlərindən istifadə ilə əlaqədardır.  Bu sahələrdən hər il havaya 20 milyard tondan artıq bərk qazvari hissəcik daxil olur.  Mineral yanacağın müxtəlif növ tullantıların yandırılmasından əmələ gələn karbon turşusu sulfidli qaz atmosferi daha çox çirkləndirir.  Bütün bunlar atmosferin temperatur rejiminə,  optik xassələrinə ayrı-ayrı regionların  hava şəraitinə mənfi təsir edir.  Sulfidli qazların turş yağışlar əmələ gətirməsini tədqiqatçılar yaxşı bilirlər.  Avropa Şimali Amerikada geniş yayılan bu yağışlar meşələri,  şirin su hövzələrindəki canlı aləmi məhv edir,  kənd təsərrüfatı məhsullarının keyfiyyətini məhsuldarlığını aşağı salır.  Atmosfer yerdə həyatın yaranması inkişafını  təmin edən əsas amillərdən biridir.  Atmosfer hər şeydən əvvəl tənəffüs üçün canlı orqanizmlərə lazımdır.  Əgər insan qidasız 60 gün,  susuz 6 - 7 gün qala bilərsə, havasız 4 dəqiqədən artıq yaşaya bilməz. Atmosfer yerdə qaz dövranının, enerji maddələr mübadiləsinin həyata keçirilməsində ardıcıl rol oynayır,  rütubət dövranını təmin edir.  Atmosferin fiziki kimyəvi xüsusiyyətlərinin dəyişməsi ilk növbədə insanların sağlamlığının, yaş həddinin,  qabiliyyətinin azalmasına səbəb ola bilər. 

Atmosferin çirklənməsi onun tərkibinin,  temperatur yağıntı rejiminin dəyişməsinə səbəb olur,  bu, bitki canlı aləmə,  o cümlədən, insanların həyatına mənfi təsir göstərir.  Çirklənmənin əsas səbəbləri,  sənaye müəssisələrindən havaya buraxılan qazlar,  nüvə sınaqları,  nəqliyyat vasitələrindən ( yanacaqlardan)  düzgün istifadə olunmamasıdır.

Bütün bunlardan qaçmaq üçün istehsalat texnologiyası təkmilləşdirilməlidir.  Texnoloji cəhətdən mükəmməl avadanlıqlar havaya zərərli maddələrin daxil olmasının qarşısını alır. O cümlədən yaşıllıqlar atmosferin tənzimlənməsində böyük rol oynayır.  Təkcə onu demək kifayətdir ki, bir hektar meşə sahəsi bir ilə 18 mln metr kub havanı zəhərli maddələrdən təmizləyir 10-20 tona yaxın karbon qazı udur. Eyni zamanda onu da qeyd edək ki 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur ki, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Doğurdan da ətraf mühitin mühafizəsində ekoloji tarazlığın pozulmasının qarşısının alınmasında atmosfer havasının çirklənmələrdən qorunmasında meşələrin rolu əvəzsizdir. Məlumat üçün bildiririk ki, dünya üzrə 4 milyard ha meşə vardır ki onun 800-900 mln ha Rusiyaya, 478 mln ha Braziliyaya, 310 mln ha, Kanadaya 303 mln ha ABŞ ərazisindədir. Respublikamızda isə bu rəqəm 1 mln ha bərabərdir ki, bu da ölkə ərazisinin 11,4 faizini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təbiətimizin ətraf mühitin mühafizəsi ilə bağlı sərəncam göstərişləri ardıcıl yerinə yetirilir. Ekoloji durumun sağlamlaşdırılması sahəsində mühüm işlər görülür. Bu sahədə maarifləndirmə təbliğat işləri  genişləndirilir. Hər il yolların kənarlarında on minlərlə ağac əkilir. Azərbaycanın bütün bölgələrində, o cümlədən  Bakıda yeni yaşıllıqlar salınır.

Əlbəttə, "Təmiz hava" aylığında nəzərdə tutulan məsələlərdən biri avtonəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinə nəzarətin güclənməsidir. Tədbir  Bakı, Gəncə, Sumqayıt, Quba, Şirvan, Mingəçevir, Şəki, Lənkəran digər iri şəhərlərdə həyata keçirilir. Bu məqsədlə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov, Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyatı qurumlara  aylığın keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər planı göndərilmişdir.  Artıq yerlərdə tədbirin keçirilməsi üçün təbliğat qrupları yaradılıb,  bu qruplar nəzarət ölçü cihazları ilə təmin edilib.Yuxarıda adları çəkilən şəhərlərin avtomobil təsərrüfatlarında "Təmiz hava"  aylığının atmosfer havasının mühafizəsində rolu əhəmiyyəti mövzusunda müzakirələr keçirilir.  Respublikanın şəhər rayonlarının giriş yollarında,  hərəkətin intensivliyi yüksək olan küçələrdə hərəkət edən avtonəqliyyat müəssisələri tərəfindən xəttə buraxılan avtomobillərin mühərriklərində işlənmiş qazların tərkibindəki zərərli maddələrin miqdarına nəzarət gücləndirilib. 

Artıq "Təmiz hava" aylığı dövründə ayrı - ayrı şəhər   rayonların avtomobil təsərrüfatlarında  müsbət nəticələr özünü göstərir.  Əlbəttə, bu işdə ayrı-ayrı vətəndaşlar da öz töhfələrini  verməli, idarə etdikləri nəqliyyat vasitələrini texniki cəhətdən saz halda yola çıxarmalıdır. Əlbəttə, bu həm hərəkətin təhlükəsizliyi, həm insanların sağlamlığının təmin olunmasında mühüm rol oynayacaqdır.

Avqust ayının 1-dən etibarən Respublika ərazisində "Təmiz hava" aylığının keçirilməsinə start verildi.

Ölkə prezidenti İlham Əliyevin 11 noyabr 2004- il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlərin davamı olaraq, atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirmişlər. "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılmış, onların normaya uyğun olmasına nəzarət gücləndirilmiş, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.

Avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması ilə bağlı əhali arasında təbliğat işləri aparılmışdır. "Avtomobil sahiblərinin sürücülərinə bildirilmişdir ki, xüsusi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi yoxlanılacaq. Ona görə idarə etdiyimiz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməyimiz vacibdir. 

Bəxtiyar  HÜSEYNOV

 





09.09.2014    çap et  çap et