525.Az

Prezident ölkəmizdə yeni təyin olunmuş səfirləri qəbul edib


 

Prezident ölkəmizdə yeni təyin olunmuş səfirləri qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev bu gün Litva, Norveç və Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib.

525.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, prezident İlham Əliyev Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın etimadnaməsini qəbul edib. Səfir Valdas Lastauskas fəxri qarovul dəstəsinin qarşısından keçib. Valdas Lastauskas etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Görüşdə Azərbaycanla Litva arasında ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə olunub, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib. Söhbət zamanı əlaqələrimizin ikitərəfli və çoxtərəfli formatda genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və NATO çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin etimadnaməsini qəbul edib. Səfir Baard İvar Svendsen fəxri qarovul dəstəsinin qarşısından keçib. Baard İvar Svendsen etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Azərbaycanla Norveç Krallığı arasında ikitərəfli əlaqələrin ümumilikdə razılıq doğurduğunu deyən Prezident İlham Əliyev səfir Baard İvar Svendsenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında energetika sahəsində uzunmüddətli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın qeyri-enerji sektorunda da dərinləşdirilməsi üçün qarşılıqlı marağın olduğunu deyib.
 
Səfir Baard İvar Svendsen ölkələrimiz arasında enerji sahəsində uzunmüddətli fəal əməkdaşlığın önəmini qeyd edib. Norveçli diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
Prezident İlham Əliyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnaməsini qəbul edib. Səfir Dato Roslan Tan Sri Abdul Rahman fəxri qarovul dəstəsinin qarşısından keçib. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Səfir Malayziyanın XIV Ali Başçısının və baş nazirinin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Malayziya arasında ikitərəfli əlaqələrin genişləndirilməsinə qarşılıqlı marağın əhəmiyyəti qeyd edilib, bu əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, ölkələrimizin BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığının önəmi vurğulanıb. Söhbət zamanı əlaqələrin iqtisadi, enerji və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev Malayziyanın XIV Ali Başçısının və baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.

 





09.09.2014    çap et  çap et