525.Az

Prezident Avropa İttifaqının komissarını qəbul edib


 

Prezident Avropa İttifaqının komissarını qəbul edib<b style="color:red"></b> Prezident İlham Əliyev sentyabrın 9-da Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





09.09.2014    çap et  çap et