525.Az

Ermənilərin əsir götürdüyü 15 yaşlı oğlanla bağlı müraciət


 

Ermənilərin əsir götürdüyü 15 yaşlı oğlanla bağlı müraciət<b style="color:red"></b> Ombudsman Elmira Süleymanova Azərbaycan vətəndaşı, 15 Cavid Məmmədovun erməni hərbçiləri tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Durana məktubla müraciət edib.
 

Ombudsman Aparatının mətbuat xidmətindən APA - ya verilən məlumata görə, məktubda bildirilib ki, atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla, mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur.
 
“Bu kimi halların davam etməsi çoxsaylı cəzasızlıq presedentləri yaradır. Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin hər an təhlükədə qalmasına şərait yaradır”, deyə məktubda vurğulanıb.
 
E. Süleymanova beynəlxalq hüquq normalarına riayət etməklə, C. Məmmədovun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.
 





09.09.2014    çap et  çap et