525.Az

Ucarda ağır yol qəzası


 

Ucarda ağır yol qəzası<b style="color:red"></b> Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün  saat 16:30 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
 
Yolu keçmək istəyən piyadanı - Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 22 yaşlı Yusif Güloğlan oğlu  Qasımovu  “PAZ” markalı avtobus vurub. Ağır bədən xəsarətləri alan Yusif Qasımov Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verdiyi və avtobus sürücüsünün şəxsiyyəti hələlik  məlum deyil. Faktla bağlı  Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
 





09.09.2014    çap et  çap et