525.Az

Dünən iki kişi özünü asıb


 

Dünən iki kişi özünü asıb<b style="color:red"></b> Ötən gün Azərbaycanda iki kişi özünü asıb.

Şabran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun İsmayılov küçəsi, ev 32 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Kərimov Həsən Qulamhüseyn oğlu yaşadığı həyətdəki tut ağacından özünü asıb.

Digər bir intihar hadisəsi isə Xırdalan şəhərində qeydə alınıb. Xırdalan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Quşçuluq savxozu, R.Behbudov küçəsi, ev 101 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Abdullayev Tərlan Azər oğlu yaşadığı evin çardağından özünü asıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb
 





08.11.2012    çap et  çap et