525.Az

"Bakıelektrikşəbəkə"dən borclu abünəçilərə xəbərdarlıq edilib


 

"Bakıelektrikşəbəkə"dən borclu abünəçilərə xəbərdarlıq edilib<b style="color:red"></b> “Bakıeletrikşəbəkə” ASC borclu abunəçilərinə müraciət edib.

Qurumdan Lent.az-a verilən məlumata görə, vətəndaşlar elektrik enerjisinə görə yaranmış borcu sentyabrın 13-ü saat 12:00-a qədər ödəməlidirlər. Həmin tarixdə saat 12:00-dan etibarən elektrik enerjisi ilə təchizat müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə, onun təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.

ASC-dən bildirib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.
 





10.09.2014    çap et  çap et