525.Az

Bakıda növbəti bal yarmarkası keçiriləcək


 

Bakıda növbəti bal yarmarkası keçiriləcək<b style="color:red"></b> Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 1-dən 30-dək Bakı şəhərində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sərgi Nizami küçəsi, 92 ünvanda (metronun "28 May" stansiyasının yaxınlığında, keçmiş "Ayaqqabı fabriki"nin binasında) baş tutacaq.

Anbara təhvil verilən və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Eyni zamanda sentyabrın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.
 





10.09.2014    çap et  çap et