525.Az

“Dağlıq Qarabağ münaqişəsi qədər ağrılı və acılı münaqişə tarixdə azdır"


 

“Dağlıq Qarabağ münaqişəsi qədər ağrılı və acılı münaqişə tarixdə azdır"<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsi qədər ağrılı və acılı münaqişə tarixdə azdır. Çox təəssüf ki, bu münaqişə bir müddət əvvəl yenidən başladı”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya və Həmvətənlərlə Əlaqə Məsələləri üzrə Komitəsinin sədr müavini Tatyana Moskalkova “RİA Novosti”də “Belaya kniqa nasizma” kitabının təqdimatında deyib.

T. Moskalkova bildirib ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun işi səmərəli olmayıb:

“Biz münaqişənin həlli üçün bir çox variantlar təqdim etmişdik. Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi və Dağlıq Qarabağa xüsusi statusun verilməsi variantını irəli sürmüşdük.

Variantlardan heç biri hələ ki münaqişənin həllinə kömək etməyib. Rusiya prezidenti Vladimir Putinin sayəsində Azərbaycan və Ermənistan prezidentləri bir masa arxasında əyləşdilər. Bunun özü artıq hər iki xalqa donmuş münaqişənin sülh yolu ilə həll olunacağına, güzəşt variantının tapılacağına ümid verir. Bütün dünyada belə konfliktlər var. Belə mübahisəli ərazilər mövcuddur. Biz əlimizdən gələni etməliyik ki, həmin ərazilərdə qan tökülməsin. Münaqişənin həlli ən çox hər iki ölkənin vətəndaş cəmiyyətlərindən asılıdır.

Güzəşt yolu tapılmalıdır və tərəflərin bir-birinə qarşı verdiyi ağrılar qarşılıqlı bağışlanılmalıdır. Bilirəm, bu, çox çətindir"

 





10.09.2014    çap et  çap et