525.Az

Avrozona cırıldayır


 

Avrozona cırıldayır<b style="color:red"></b>

Rusiya və digər BRİKS ölkələri Milli İqtisadiyyat Modeli ilə ciddi bir irəliləyiş əldə ediblər.

Xüsusilə Dünya Bankına alternativ bir mərkəz bankını qurma məsələsində qəbul etdikləri qərar hipotezimizdə iştirak edən və kapitalizmin sonunu gətirəcək bir addımdır.

Yaxın gələcəkdə kapitalizmin qalası ABŞ-dan da Milli İqtisadiyyat Modelinə yaxınlaşmaların görülməsi qaçılmazdır.

Çünki kapitalizm ömrünü başa vurmuşdur. Bunun bir nümunəsinə 2008-ci ildə yaşanan və ABŞ-ın iqtisadiyyatında hələ də təsirləri görülən ipoteka böhranı ilə şahid olduq. Sistemin səhvlərini kompensasiya etmə, daha əhəmiyyətlisi isə ona əngəl olma şansı yoxdur.

Kapitalist ölkələr, qarşısı alınmayan enişi indi də avrozonanda yaşayırlar.

"Bruegel" adlı Brüsseldə yerləşən bir "beyin mərkəzi" avro ölkələrinin gələcəyi mövzusunda danışılan narahatlıqları belə yazdı:

"Avrozonanın gələcəyi üçün narahatlıq mənbəyi olan üç faktor var. Birincisi, xüsusilə bəzi ölkələrdə böhranın çox dərin yara açması, yaxşılaşmanın uzun illər tələb etməsi və bunun da siyasi sabitsizliyə səbəb olma ehtimalı. İkincisi, avrozonanın gələcəyi üçün lazım olanlara dair bir razılığın olmaması. Üçüncüsü isə liderlərin böhranın idarə edilməsi məsələsində zəif bəndlərinin gələcəkdə mümkün problemlər üçün yaratdığı narahatlıq".

Bu problemlərin təməlində məsələnin mahiyyətini bilməmələri dayanır. avrozona hələ problemi yaşamayıb.

Təəssüf ki, avrozonanda, yəni ortaq pulun tətbiq edildiyi ölkələrdə yuxarıdakı narahatlıqların səbəbi Avrodur.

Ortaq pula keçişdən sonrakı illərdə ölkələrin iqtisadiyyatları batma həddinə gəlmişdir.

Birliyin bu qərarından dərhal sonra "ortaq pula keçid birliyin sonu olacaq" demişdik.

O tarixlərdə "AB dağılmağa məhkumdur, ən çox 15 il içində dağılacaq" fikri ilə razılaşmayanlar indi proqnozumuzun haqlılığını görürlər.

Arqumentimiz bu idi: "Avroya keçişlə birlikdə, ölkələr qazanclarını real rəqəmləri ilə göstərməyəcək və mərkəzdən özünə verilən dəstək dəyişəcək. Və zaman keçdikcə üzv ölkələr arasında ədalətsizlik meydana gələcək ki, bu, birliyin dağılma səbəbidir."

Necə ki İtaliya, Yunanıstan, İspaniya, Portuqaliya, İrlandiya, Rumıniya və Macarıstanda dərinləşən maliyyə böhranına qarşı Rumıniyada və Yunanıstanda xalq küçəyə tökülmüş, 'Aİ-dən ayrılaq' deyə tələb etmişdi.

İngiltərə isə Aİ-dən ayrılmağı gündəmə gətirərək siyasi dağılmanın da ola biləcəyinin siqnallarını verdi.

Böyük Aİ ordusu və çoxsaylı əhalisi ilə Birləşmiş Aİ Dövləti olmaq xəyalındəkı ittifaq parçalanma prosesini yaşamaqdadır.

Ortaq puldan istifadə qərarı dağılmanın bir səbəbidir. Bunun yanında Aİ-nin əhalisi yaşlanmış və təbii ehtiyatları tükənmişdir.

Sürətli çöküş qarşısında, hazırda yalnız xristian inancından yapışmağa çalışan Aİ-ni bu inanc belə bir-birinə bağlaya bilməz.

Artıq Aİ dağılmağa məhkumdur.

Newstime.az
Prof.Dr. Heydər Baş

 





11.09.2014    çap et  çap et