525.Az

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək


 

Avropa Şurasının baş katibi Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Foruma Avropa Şurasının baş katibi Törbyorn Yaqland da qatılacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma 700-dən artıq iştirakçının gəlişi gözlənilir.
 
Forumda 200  gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub.
 
Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.
 
Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, Forum çərçivəsində regional görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması əsas istiqamətlərdən biri olacaq.
 
Qeyd edək ki, Forum 28-30 oktyabr tarixlərində keçiriləcək. Forumla bağlı markanın dizaynı işlənib hazırlanıb və qısa müddətdə çapı nəzərdə tutulub.

 





11.09.2014    çap et  çap et