525.Az

Qardaş bacısının evini taladı


 

Qardaş bacısının evini taladı<b style="color:red"></b>

Noyabrın 3-də Balakən rayonunda oğurluq etmiş şəxs tutulub.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Katex kəndi ərazisində Bakı şəhər sakini Sevda Əliyevanın evindən qapını sındırmaq yolu ilə 5000 manat dəyərində ev əşyaları oğurlanıb.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S.Əliyevanın qardaşı, Xırdalan şəhər sakini Rəcəb Mollayev tutulub. Araşdırmalar davam etdirilir.

 





08.11.2012    çap et  çap et