525.Az

Ceyms Uorlik: "Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlara hazır olacaq"


 

Ceyms Uorlik: "Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlara hazır olacaq"<b style="color:red"></b>

ABŞ dövlət katibi Con Kerri bu günlərdə Uelsdə keçirilən NATO sammiti zamanı Azərbaycan Ermənistan prezidentləri İlham Əliyev Serj Sarkisyanla səmərəli müzakirə aparıb.

Bunu "Trend"ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. Onun sözlərinə görə, görüşdə məqsəd tərəflərin mövqelərini daha yaxşı anlamaq onları sülhün təmin olunması üçün tədbirlər görməyə təşviq etmək idi.

Uorlik qeyd edib ki, dövlət katibi prezidentləri atəşkəs rejimi haqqında sazişə hörmət etməyə, qoşunların təmas xəttində gərginliyin aradan qaldırılmasına çağırıb hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına sadiqliklərini təsdiqləyib.

Həmsədr əlavə edib ki, C.Kerri həmçinin prezidentləri münaqişənin davamlı sülhlə nizamlanmasında irəliləyişə nail olmaqdan ötrü formal danışıqlar prosesinə başlamağa çağırıb: "Yaxın aylarda region xalqları üçün sülhün bərqərar olması ilə bağlı ümumi məqsədimizə nail olmaqdan ötrü qarşıda çoxlu görüləsi işlər var dövlət katibi ilə görüş səylərimizi harada cəmləşdirəcəyimizi aydınlaşdırmağa imkan verib".

Uorlikin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun oktyabrın sonunda Parisdə Azərbaycan Ermənistan prezidentlərinin Fransa lideri Fransua Ollandın üçtərəfli görüşünün keçiriləcəyini gözləyir: "Ümid edirik ki, prezidentlər konstruktiv danışıqlar aparmağa hazır olacaqlar".

Həmsədr deyib ki, yalnız tərəflərin həqiqətən sülhə hazır olduqlarını nümayiş etdirdikləri zaman nəhayət münaqişənin həlli tapılacaq: "Biz tərəflərə Minsk qrupunun köməyi ilə davamlı nizamlanmaya nail olmaqda hər cür kömək göstərəcəyik, amma biz münaqişəni həll edə bilmərik. Nəticədə nizamlama üçün hər iki tərəfdən siyasi iradə tələb olunur".

Bu barədə "525"ə açıqlama verən politoloq Fikrət Sadıqov ilk olaraq dünyada çox mürəkkəb geosiyasi hadisələrin baş verdiyini diqqətə çatdırıb. O, siyahının ilk pillələrində Ukrayna böhranı Yaxın şərqdə baş verən hadisələrin qərarlaşdığını vurğulayıb: "Belə bir kontekstdə Cənubi Qafqazda sabitliyin yaranması aparıcı dövlətlərin əsas məqsədlərindən biridir. Ancaq belə bir təəssürat yaranır ki, Con Kerrinin Uelsdə tərəfləri bir araya gətirməsi müəyyən mənada Soçi görüşünə cavab addımı idi. Təbii ki, ATƏT-in Minsk qrupunun hər üç həmsədrlərindən ikisi bu görüşləri təşkil edibsə, görünür ki, Fransa da kənarda qalmaq istəməyərək belə bir təşəbbüs irəli sürüb".

Politoloq bildirib ki, NATO-nun Uelsdəki zirvə görüşündə digər dövlətlərlə yanaşı, Azərbaycanın da ərazi bütövlüyü bir daha tanınıb. Bu hal Ermənistanı müəyyən mənada qıcıqlandırıb. Hətta onlar bununla bağlı səviyyəsiz bir çıxış edərək narazılıqlarını hiss etdiriblər. Qeyd edə bilərəm ki, diplomatik addımlarımız, siyasi fəaliyyətimiz müəyyən nəticələr verir. Ancaq həmsədr ölkələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində  prezidentlərin görüşləri zamanı heç bir nəticə əldə olunmaması bizi qane etmir. Biz artıq dəfələrlə belə görüşlərin, ərazi bütövlüyümüzü tanıyan bəyannamələrin, qətnamələrin şahidi olmuşuq. Hesab edirəm ki, biz bütün səylərimizi aparıcı dövlətlərlə birgə işləməyə yönəltməliyik ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı ədalətin bərpasına məcbur etməyə nail olaq. Qətnamələrin yerinə yetirilməsi - torpaqlarımızın işğaldan azad edilməsi bizim əsas tələbimizdir. Çünki bu qətnamələrin qəbul olunmasına həmin aparıcı dövlətlər öz imzalarını atıblar. Ancaq görüşlərin kəmiyyətindən asılı olmayaraq vəziyyət indiyə kimi ölü nöqtədədir".

Millət vəkili Rasim Musabəyov hesab edir ki, keçirilməsi planlaşdırılan Paris görüşünün perspektivlərindən danışmaq hələ tezdir. O, bildirib ki, geniş müzakirələr apararaq hansısa nəticə əldə etmək üçün ortada layihə yoxdur: "Əsas məsələ ondan ibarətdir ki, müzakirə aparmaq üçün konkret bir mövzu olmalıdır. Azərbaycan təkid edir ki, ortaya sülh sənədi gətirilməli icra olunmalıdır. Ermənilər isə bundan boyun qaçırmağa çalışırlar çərçivə sazişi istiqamətində məsələyə diqqəti cəmləşdirmək istəyirlər. Azərbaycan isə bu cür təklifləri rədd edir. Düşmən tərəfi Dağlıq Qarabağın geri qaytarılması prosesinə asanlıqla imkan verməyəcək. Hər halda müharibə getmirsə, görüşüb sülhə yol axtarmaq lazımdır. İstər Rusiya prezidenti, istər ABŞ dövlət katibi istərsə , Fransa dövlət başçısı səviyyəsində təkliflər olunursa, onlara rədd cavabı vermək mümkün deyil. Ona görə bu görüşlər keçirilir hələlik konkret nəticələr gözlənilmir".

Ceyhun ABASOV

 





11.09.2014    çap et  çap et