525.Az

Kukla Teatrı 5 beynəlxalq festivalda iştirak edəcək


 

Kukla Teatrı 5 beynəlxalq festivalda iştirak edəcək<b style="color:red"></b> Sentyabrın 12-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümünü açıb.

Teatrdan Lent.az-a verilən məlumata görə, kollektiv rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal”ın  tamaşası ilə tamaşaçılar qarşısına çıxıb. Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qaydardır. 18 Sentyabr - Üzeyir Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında hazırlanan tamaşa təqdim olunacaq. Tamaşada baş rolu teatrın aparıcı aktyoru, əməkdar artist  Rəhman Rəhmanov ifa edəcək.
 
Bundan başqa teatr yeni mövsümdə bir neçə beynəxalq festivallara dəvət alıb.

Bu barədə Lent.az-a teatrın direktoru, "UNİMA" Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə məlumat verib:

“Beş beynəlxalq festivala dəvət almışıq. Bu dəvət marafonuna respublika daxilinə səfərlə start verdik.

Şəkidə I Beynəlxalq Teatr Festivalında teatrın baş rejissoru Qurban Məsimov quruluş verdiyi «Çanta trio» adlı bu tamaşa ilə iştirak edir. Hindistanda keçirilən kukla teatrlarının beynəlxalq festivalında bizi layiqincə təmsil edən nümunə ayrı-ayrı kukla teatrı üslubları ilə zəngindir”.
 





12.09.2014    çap et  çap et