525.Az

Çoxalan Minsk qrupları...


 

Çoxalan Minsk qrupları...<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri arasında olan gərgin soyuq münasibətlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində təsir gücü qeyri-müəyyənlik dövrünü yaşayır. Məsələ burasındadır ki, indiki vəziyyətdə Rusiya, ABŞ, Fransa eləcə digər qərb ölkələri ilə münasibətlərinin səhmana salınmasına ayrıca bir vasitəçi qrup lazımdır. Düzdür, Ukrayna böhranı ətrafında Belarus ilə Qazaxıstanın ciddi səyləri Avropa İttifaqının da məsələyə qoşulması ilə 2-ci Minsk qrupu yaransa da, bu qrup yalnız Rusiya ilə Ukrayna arasındakı gərgin münasibətlərdən çıxış yolları axtarmağa, tərəfləri razılığa gətirərək atəşkəsə çağırmağa köklənib. Digər məsələyə yanaşmada isə Rusiyanın Ukraynayla atəşkəs şəraiti yaratmasını bütövlükdə qərbə bir jest kimi qiymətləndirənlər az deyil. ABŞ-da bunun qarşılığında Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan əl çəkmək niyyətini açıq şəkildə bildirib. Ancaq bu məsələnin müəyyən geosiyasi maraqlara kökləndiyini önə çəkən politoloqlar bununla da həmsədr dövlətlər arasında soyuqluğun aradan qalxmasının inandırıcı olmadığını deyirlər.

Məsələ ilə əlaqədar "525"ə münasibət bildirən millət vəkili Zahid Oruc  hal-hazırda ATƏT-in Minsk qrupunun özünə əlavə Minsk Qrupu lazım olduğunu bildirib. Z.Oruc eyni zamanda qeyd edib ki, artıq Ukrayna münaqişəsinin ətrafında da Minsk qrupu yaranıb: "İndiki dövrdə Fransa ABŞ ilə Rusiya arasındakı konflikt elə bir səviyyədədir ki, ondan ötrü yeni beynəlxalq missiyaların əlavə qrupların formalaşdırılmasına çox ciddi ehtiyac var. Sadəcə bu dövlətlərin üstündə diqtə edən başqa bir qüvvə yoxdur. Bu gün heç bir dövlət ABŞ ilə Rusiya arasında əlaqələri yaxşılaşdırmaq yaxud da qarşıdurma səviyyəsinə qalxa biləcək toqquşmaları dayandırmaq gücündə deyil. Hər kimsə bu məsələdə vasitəçilik təşəbbüsü göstərməyə çalışsa da, Barak Obama ilə Putini bir masa arxasına əyləşdirməyə gücü çatmayacaq. Çünki bu dünyada güclü dövlətlər siyasəti müəyyəşləşdirir. Ona görə bu vəziyyət Dağlıq Qarabağ proseslərinə təsir göstərir. Eləcə Con Kerrinin vasitəçiliyi ilə keçirilən son görüşünə Rusiya ilə soyuq münasibətlərin tərkib hissə kimi baxmaq lazımdır. Burada başlıca səbəb ölkəmizin ərazi bütövlüyünün təminatı məsələsinin birdən-birə qərbin yadına düşməyi deyil. Onlar onsuzda illər əvvəl həqiqətin hansı tərəfdə olduğunu yaxşı bilirdilər".

Millət vəkili hesab edir ki, bundan sonra vasitəçilik növbəsi Barak Obamadır: " evin sahibi növbəti mərhələdə Azərbaycan Ermənistan prezidentlərini bir araya gətirməyə çalışacaq. Ancaq sual oluna bilər ki, Minsk qrupunun üçlüyü arasındakı yaşanan məlum kompramatasiya imkan verəcəkmi ki, Dağlıq Qarabağ münaqişəsinə görə Rusiyanın təklif etdiyi modeli Amerika qəbul etsin? ya əksinə evdən gələn detallar - sülh təşəbbüsü, hətta Con Kerrinin dilə gətirdiyi "Böyük sülh sazişi" Rusiya tərəfindən qəbul olunması real görünürmü? Ona görə , faktiki olaraq, Minsk qrupunun özünə əlavə Minsk qrupu lazımdır. Bu həkimin xəstələnməsinə bənzəyir".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında olan intriqalar normal halda Dağlıq Qarabağ münaqişəsinə təsir etməməlidir: "Ancaq həmsədr ölkələr arasında soyuq münasibətlərin hökm sürməsi, yəni, ABŞ - Rusiya Fransa - Rusiya münasibətlərində gərginləşmənin olması müəyyən mənada Minsk qrupunun fəaliyyətinə təsir göstərəcək. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər üç həmsədr dövlət Dağlıq Qarabağ probleminin həllini vacib sayır bu məsələnin tezliklə həll olunmasını, Qafqaz regionunda sabitliyin bərpa olunmasını eyniliklə istədiklərini vurğulayırlar. Məhz bu baxımdan arada yaşanan soyuqluğun məsələyə maneəçilik törədəcəyini düşünmürəm".

Politoloq Məhərrəm Zülfüqarlıya görə, ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli çox çətin, hətta mümkünsüz görünür. O, qeyd edib ki, ATƏT- əsas qərarlar konsensus şəklində qəbul olunur: "Yəni, tərəflərin hamısı məsələyə eyni münasibət göstərməlidir. Hər hansı dövlət etiraz etsə, qərar qəbul olunmur. Bu ATƏT-in yaranandan ən böyük qüsurudur. Minsk qrupuna daxil olan dövlətlər arasında Rusiya ilə Fransa birmənalı olaraq ermənipərəst mövqedədirlər. ABŞ isə nisbətən orta mövqedə dayanıb. Tam Azərbaycanı müdafiə etmir, əksinə "Dağlıq Qarabağ" qondarma qurumuna maliyyə yardımı edir".

Politoloq hesab edir ki, məsələ əvvəldən düzgün qoyulmadığına görə, həmsədrlər ancaq münaqişəli tərəflərə səfərlər edərək insanlarda gülüş doğuran açıqlamalarla kifayətlənirlər. O, bildirib ki, yalnız irəliləyişin olduğu barədə açıqlama verən həmsədrlər tərəfləri yenidən görüşməyə razı salmağı uğur sayırlar: "Hesab edirəm ki, bu məsələdə güc əsas rol oynaya bilər. Azərbaycan dövləti onun ordusu gücləndikcə, ölkəmizlə hesablaşmaq məcburiyyətində qalacaqlar. O zaman hansısa müsbət nəticə əldə etmək olar. Biz o qədər sadəlövh olmamalıyıq ki, kimsə gəlib bizim əvəzimizə məsələni həll edəcək".

Ceyhun ABASOV

 





12.09.2014    çap et  çap et