525.Az

Ukraynada nazir müavini istefa verdi


 

Ukraynada nazir müavini istefa verdi<b style="color:red"></b>

Ukraynanın xarici işlər nazirinin müavini Daniil Lubkivskiy istefa verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir müavini özünün “Facebook” səhifəsində yazıb.
 
“Bu gün Brüsseldə Ukraynanın  xarici işlər naziri Pavel Klimkin ilə razılaşdırılmış sənəd mənim üçün gözlənilməz oldu. Bəyanat  hamıya yanlış işarə göndərir: təcavüzkara, tərəfdaşlara, ən əsası, Ukrayna vətəndaşlarına. Məhz indi bizim iqtisadiyyat, sanki ölümcül xəstə kimi, özü, müstəqil surətdə yaşamaq şansını qoparmalıdır. Seçim təxirə salınmır, əks halda o seçim deyil”, Lubkivskiy yazıb.
 
Qeyd edək ki, Daniil Lubkivskiy 2014-cü ilin martından Ukrayna xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
 
Xatırladaq ki, sentyabrın 12-də  Avtropa İttifaqı, Rusiya və Ukrayna arasında əldə edilmiş razılaşmaya əsasən Ukraynanın Avropa İttifaqı ilə azad ticarət zonası barədə sazişinin icrası 2015-ci ilin sonunadək təxirə salınıb.

 





13.09.2014    çap et  çap et