525.Az

Malayziya baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb


 

Malayziya baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb<b style="color:red"></b>

Sentyabrın 12-də Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri başa çatıb.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malayziyanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Baş nazir Mohammad Najib Tun Abdul Razakı hava limanında Azərbaycanın baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

 





13.09.2014    çap et  çap et