525.Az

"Fələstində atəşkəsin bərpasında Türkiyə məhsuldar rol oynayıb"


 

"Fələstində atəşkəsin bərpasında Türkiyə məhsuldar rol oynayıb"<b style="color:red"></b> Fələstində atəşkəs danışıqlarında Türkiyənin HƏMAS-la əlaqələri məhsuldar rol oynayıb.
 
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu Departamentin sözçüsü Mari Harf keçirdiyi brifinqdə deyib.
 
Jurnalistlərin Türkiyənin HƏMAS-la “şübhəli münasibətləri” barədə sualını şərh edən M. Harf bildirib ki, Türkiyənin Qəzza böhranının nizamlanmasında rolu müsbətdir və ABŞ bu ölkəyə regionda müttəfiqi kimi baxır:

“Türkiyə NATO ölkəsidir. Terrorizmə qarşı mübarizədə Türkiyə ilə sıx əməkdaşlığımız mövcuddur. Hazırda isə “İraq Şam İslam Dövləti” qruplaşmasına qarşı mübarizədə əməkdaşlığımız gündəmdədir. Onlar bizim HƏMAS-la bağlı mövqeyimizi bilirlər, lakin bu, İŞİD məsələsindən ayrıdır”.
 
O, əlavə edib ki, Türkiyə regionun sabitliyində önəmli rol oynaya bilər, İraq məsələsində Türkiyənin tərəfdaşlığı rəsmi Vaşinqton üçün çox önəmlidir.
 





13.09.2014    çap et  çap et