525.Az

Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə şirkəti arasında niyyət protokolu imzalanıb


 

Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə şirkəti arasında niyyət protokolu imzalanıb<b style="color:red"></b>

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Türkiyənin “ASELSAN” şirkəti arasında niyyət protokolu imzalanıb.

APA-nın məlumatına görə, imzalanmış protokola əsasən, şirkətin iştirakı ilə Bakıda müxtəlif təyinatlı rabitə vasitələrinin istehsalı həyata keçiriləcək.

Bura həm mülki təyinatlı rabitə vasitələri, həm də hərbi təyinatlı müxtəlif rabitə vasitələri daxildir.
 
Qeyd edək ki, ötən gün də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodu ilə “ASELSAN” arasında birgə müəssisənin yaradılması və gecə görmə nişangahının istehsalına dair müqavilə imzalanıb.

 





13.09.2014    çap et  çap et