525.Az

Kraliça Şotlandiyaya bir cümləlik məsləhət verdi


 

Kraliça Şotlandiyaya bir cümləlik məsləhət verdi<b style="color:red"></b>

Böyük Britaniya kraliçası II Yelizaveta Şotlandiya probleminə ilk dəfə münasibət açıqlayıb.

“Media forum” saytının məlumatına görə, sentyabrın 14-də Şotlandiyadakı Balmoral iqamətgahı yaxınlığında kilsədə ibadət edən kraliça jurnalistlərin referendum barədə sualına cəmi bir cümlə ilə cavab verib: “Ümid edirəm ki, insanlar gələcək barədə yaxşı-yaxşı düşünəcəklər”.  

Şotlandiya 1707-ci ildən İngiltərə ilə ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir.

Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.

Sentyabrın 18-i Şotlandiyada müstəqillik referendumu keçiriləcək. Seçicilərin yarıdan çoxu müstəqilliyə səs versə, Şotlandiya 2016-cı il martın 24-də Britaniyadan ayrılacaq.

 





15.09.2014    çap et  çap et