525.Az

Prezident 124 nömrəli məktəbin yeni binasının açılışını etdi


 

Prezident 124 nömrəli məktəbin yeni binasının açılışını etdi<b style="color:red"></b> Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak ediblər.
 

525.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.
 
Sonra Azərbaycan prezidenti və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış olublar.
 
Məlumat verilib ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə olub.

Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edib.
 
Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.
 





15.09.2014    çap et  çap et