525.Az

Bakıda “Azərbaycan milli geyimləri” sərgisi keçiriləcək


 

Bakıda “Azərbaycan milli geyimləri” sərgisi keçiriləcək<b style="color:red"></b> Sentyabrın 18-dən 20-dək “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində dekorativ tətbiqi sənət üzrə rəssam Kəmalə K. Janssonun “Azərbaycan milli geyimləri” adlı fərdi yaradıcılıq sərgisi olacaq.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, rəssam sərginin keçirilməsində məqsədinin Azərbaycan milli geyimləri və tikmələrini olduğu kimi təbliğ etmək və dünyaya çatdırmaq olduğunu deyib:

“Gələcəkdə kişi və uşaq geyimlərinin hazırlanmasını planlaşdırmışam. Qarşıdan gələn illərdə bütün kolleksiya dəfilə şəklində təqdim olunacaq”.
 
Qeyd edək ki, Kəmalə Kərimova 1971-ci ildə Bakıda anadan olub. 1986 - 1989-cu illərdə 84 nömrəli orta texniki peşə məktəbini çini və saxsı məmulatlarının rəngkarlığı ixtisası üzrə bitirib. Dörd ildir ki, İsveçin Onge əyalətində yaşayan K. Kərimova 2011-ci ildə bu əyalətdə “Azərbaycan milli geyimləri və tikmələri” adlı şəxsi muzey yaradıb. Rəssamın həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgiləri keçirilib.
 





15.09.2014    çap et  çap et