525.Az

Baş Prokurorluq: "Elşad Abdullayevin evində axtarış aparılmayıb"


 

Baş Prokurorluq: "Elşad Abdullayevin evində axtarış aparılmayıb"<b style="color:red"></b>

Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində axtarış aparılması ilə bağlı məlumatları təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, bu gün bəzi kütləvi informasiya vasitələrində bununla bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.
Xatırladaq ki, həmin məlumatlarda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə xəbər verilir.

 





08.11.2012    çap et  çap et