525.Az

"Rayon səhiyyə şöbələri ləğv edilə bilər”


 

"Rayon səhiyyə şöbələri ləğv edilə bilər”<b style="color:red"></b> “Səhiyyə sistemində digər dəyişiklik buradakı inzibatçılıqla bağlı olacaq”.

Lent.az-ın məlumatına görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində baş nazirin müavini Əli Əhmədov bildirib.

O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə inzibatçılığı sadələşməlidir:

"İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək”.

Ə. Əhmədov vurğulayıb ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, səhiyyə şöbələrinin ləğv ediləcəyi ilə bağlı onlarda məlumat yoxdur.
 





15.09.2014    çap et  çap et