525.Az

30 ölkə "İŞİD"-ə qarşı birləşdi


 

30 ölkə "İŞİD"-ə qarşı birləşdi<b style="color:red"></b> “Bu gündən etibarən İraq və Birləşmiş Ərəb Əmirliyinin icazəsi ilə kəşfiyyat uçuşlarına başlayacağıq”.

Lent.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Fransanın müdafiə naziri Jan-Yves Le Drian Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) Zafra hərbi bazasında fransız əsgərlər qarşısında çıxış edərkən deyib.
 
Fransa xarici işlər naziri Loran Fabius “Europe1” telekanalına verdiyi açıqlamada müdafiə nazirinin sözlərini təsdiqləyib.
 
"İŞİD" terror təşkilatına qarşı Parisdə təşkil olunacaq konfransda iştirak etmək üçün Fransaya gedən İraq prezidenti Fuad Masum “Assoşeyted Press”-ə verdiyi müsahibədə Misir, BƏƏ və Səudiyyə Ərəbistanın hava hücumlarında iştirakına ehtiyac olmadığını bildirib.
 
İraq prezidenti eyni zamanda, İranın Parisdəki konfransa dəvət edilməməyinə təəssüfləndiyini də qeyd edib.
 
ABŞ dövlət katibi Con Kerri isə Türkiyə və bəzi ərəb ölkələrini əhatə edən səfərlərinin ardından konfransda iştirak etmək üçün Fransanın paytaxtı Parisə gəlib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da qatılacağı konfransda təxminən 30 ölkədən nümayəndə iştirak edəcək.
 
Parisdəki konfransda "İŞİD" terror təşkilatının maliyyə mənbələrinin dondurulması, sərhəd təhlükəsizliyi və İraqda yaşadıqları evlərini tərk etmiş insanlara humanitar yardım müzakirə olunacaq.
 





15.09.2014    çap et  çap et