525.Az

Elçin İsgəndərzadə yaradıcılığı türkçülük – vətənçilik kontekstində


 

(Professor Elçin İsgəndərzadənin 50 yaşına)

Elçin İsgəndərzadə yaradıcılığı türkçülük – vətənçilik kontekstində<b style="color:red"></b>

Xarı bülbüldediyimiz, həqiqətən bu nadir əfsanəviquş”, adı dillərdə dastan olan qədim bir torpaqdaŞuşa torpağında yuva qurmuşdur.
 

Amma şuşalılara rəvan şeir dili verən, ilahi səs bağışlayan bubülbüloxumur; öz dili, öz səsi yoxdu.


Mən
Şuşada qızılgülün üstə qar görmüşəm. İlin dörd fəsli bir gül ləçəyində qərar tutmuşdu.


Elçin
İsgəndərzadə Şuşada anadan olub. “Xarı bülbülün həmyerlisidi. Üstə qar olan qızılgülü yəqin ki, o da görüb.


Şuşa
yad əllərdədi. Düşmən tapdağında. “Xarı bülbülün yuvası dağıdılmışdı.


Elçin
İsgəndərzadənin yaradıcılığında Şuşa harayını eşidirəm. O, xarı bülbülün əvəzinə oxumalı, qarlı qızılgülün əvəzinə danışmalıdı.


Oxuyur
da, danışır da.

Ürəyimin başında,

Gözlərimin yaşında

Bir bulud hüzn,

Bir yarpaq nisgil.

Xəyalımda Xarı bülbül,

İlk sevdamdı elə bil.

Ömür qaralı-ağlı,

Bütün yollarım bağlı.

Bu gün mənim misralarım

Ormanda azmış cığır.

İçimdə təlatümüm,

Üzümdə təbəssümüm,

cadar-cadar.

dünəni xatırlayıb

Güvənməyə bir şey var,

sabah çin olacaq arzular.

Ay işığına qarışıb

Bu gecə axar sular.

Ağaca calaq vuran bağban kimi

Calaq vurdum ürəyimə

Tumurcuq umudlardan...

Şeirimin misralarına

Nəsə damır Göy üzündən, buludlardan.

(“Avtoportret”)


Gah
ulu babası Qurbaninin xalq ruhunda, gah da çağdaş türk şeiri üstündə köklənən şeirlər, poemalar yazan müəllifin əsərləri qarşımdadı.


O
, üzünü tək bir oxucuya yox, bütün türk dünyasına tutub danışır, tanıdığı şəxsiyyətlərə müraciət edir. Gah ürək sözünü, gah da əsrin sözünü deməyə çalışır. Zəmanəylə, dövranla üzbəüz oturub danışmağı sevir.


Onu
danışdıran ilahi bir qüvvə var ki, daima şairin rahatlığını pozur. O butəzyiqəməhkumduşairlik səadəti bundadı.

Gənclik şeirlərinin birində Elçin böyük arzularla yaşadığını, həyata, insana bağlılığını təbii boyalarla ifadə edir. 


Ancaq
böyük Nizaminin dediyi kimi, bir köynəyə sığan insan bir dünyaya sığmadığı üçün, bəzən öz hisslərini cilovlaya bilmədiyinə görə ona elə gəlir ki, həyatın ən ağır anlarını yaşayır.


Mənim
bu dünyada əlim çatası

qədər arzular qaldı gözümdə,


 
deyə şikayətlənir . Hətta şairin səfərbəredici poetikasında belə not səsləri eşidilir:


Demək
südündə şairlik varmış,

şair oldum.

Demək südündə alimlik varmış,

alim oldum.

Demək südündə oğulluq yoxmuş, –

Ola bilmədim,

oğlun ola bilmədim, QARABAĞ!

(“Ola bilmədim”)


Əlbəttə
, bu misralar göründüyü kimi birbaşa yox, onun sətiraltı mənasında qəbul edilməlidir.


Çünki
şair başqa bir şeirində:


Mən
bu gözəl dünyanın

Nəşəsini,

Qəmini,

Sevgisini,

Ölümünü,

Cənnətini,

Cəhənnəmini

Bir şair kimi görüb gəldim

Dərgahına Allahın.

Diz çöküb dua elədim,

Çin oldu sayəndə duam, ahım, – deyir.  

(“Ömür tablosu”)


Bu
da şairin özünütəkzib üçün, oxucu qarşısında səmimi etirafı, ünsiyyət vasitəsidi. Təbiətdə olduğu kimi, şairin dəyişən fəsilləri olur. Şuşada qışda açan qarlı qızılgül kimi.


Mən
buna anomaliya yox, təbiət hadisəsi deyirəm. Çünki şairliyin hər anı bir təbiət hadisəsidir.


Elçin
İsgəndərzadə isə şeirdən-şeirə püxtələşən, poetik uçuşlara həmişə hazır şairdi.


Oyanır
türküm, oyanır,

Hər şəhid məzarından

Boylanır bir Boz qurdum.

Təbrizdən İrəvana

Uzanır ana yurdum.

Atlarımın nalları

Çapır daşlı yolları.

Tanrı ətəyində əlim,

Yolun son ucu ölüm.

Ay baxır göy üzündən,

Keçdim Cıdır düzündən.

Cıdır düzündə bahar, –

Daşlı yolda qan izi var.

Ağlama kəhər atım,

Göydə Ay mənim muradım.


Onun
Avtoportret”, “Türkün qəzəbi”, “Qaranlıq, zülmət, qan qaçqınlıq”, “Qazi türküsükimi şeirlərində silsilə poemalarında Şuşa həsrəti, Qarabağ dərdi bir torpaq oğlunun ruhi ağrıları kimi hiss olunursa, türkçülükşairin yaradıcılıq manifesti kimi özünü daha şəffaf göstərir. Elçinin türkçülüyü isəvətənçilik kontekstində onun poeziyasının leytmotividir.


Bu
hisslər duyğular Elçin humanizmi, Elçin həssaslığı, Elçin mehribanlığı kimi insandakı ümumbəşəri keyfiyyətlərin daha da inkişafına səbəb olur, daimi mehri-ülfətdə, daimi ünsiyyətdə keçən ömrə xüsusi məna verir.


Çingiz
Aytmatov yazır ki, “Elçin İsgəndərzadənin poeziyasının son illər dünyanın onlarla ölkəsində yerli dillərə çevrilərək çap olunması ondan xəbər verir ki, türk poeziyası da artıq dünya poeziya okeanına yelkən açmaqdadır”.


KKTC
Cümhurbaşqanı Rauf Denktaş: “Kıprıs Azərbaycan türkləri eyni kökdən gəlmələrinə, eyni dili istifadə etmələrinə rəğmən, yaxın zamana qədər bir-birini yaxından tanıya bilməmişlər. İndi isə bu qapı açıldı...


Prof
. Dr. Elçin İsgəndərzadə bu sırada olan dəyərli bir arkadaşdır”.


Mən
burada yalnız türk dünyasının iki tanınmış sevilən şəxsiyyətlərinin fikirlərini misal çəkdim.


Müəllifi
olduğu, tərtib etdiyi, Azərbaycan türkcəsinə çevirdiyi kitabların sayı-hesabı yoxdu.  Öz kitabları dünyanın bir çox dillərinə tərcümə edilib.


Bütün
bunlar isə Azərbaycanın müstəqilliyi illərində bizim ədəbi mühitdə həqiqətən tarixi hadisədir.


Elçin
İsgəndərzadənin zəngin bioqrafiyasının təkcə xronoloji hissəsi ilə tanış olduqca düşünürsən ki, insan istəsə, az bir müddətdə dağı dağ üstə qoya bilər.


Mən
eşidəndə ki, Gəncə şəhərində yaşayıb-yaradan görkəmli, koloritli bir yazıçı Qərib Mehdinin əsərlərinin oncildliyini (əlyazmasından tutmuş mətbəə proseslərinə qədər) Elçin İsgəndərzadə nəşr etdirib, sonra da o cildləri müəllifin özünə hədiyyə edib. Mən gəncəli Qərib qardaşım qədər sevindim.


Yaxud
Xudu Məmmədovun adına elm sahəsində, Şahmar Əkbərzadə adına isə ədəbiyyat sahəsində Beynəlxalq mükafatlar təsis edib 10 ildən çoxdur ki, laureatların 50-dək kitabları hədiyyə olaraq  bir-birinin ardınca işıq üzü görür.

Kitab
nəşri sahəsində bu,  bütöv bir ədəbi hərəkatdır.


Elçinin
Xudu Məmmədovun Şahmar Əkbərzadənin xatirəsinə həsr etdiyi poemaları da minnətdarlıqla oxudum.


Xudu
Məmmədov o vaxt biz gənclər üçün paklıq, azərbaycançılıq məktəbi idi.


Bir
şeyə indi heyfslənirəm.


Ədəbiyyat incəsənətqəzetinə yenicə baş redaktor təyin olunmuşdum. Qəzet iri formatda, həftədə bir dəfə səkkiz səhifə çıxırdı. Nigarançılıq keçirirdim.


Qəzet
həm iki böyük təşkilatınAzərbaycan Yazıçılar İttifaqının Respublika Mədəniyyət Nazirliyinin orqanı idi.


Yolda
, indiki İstiqlal küçəsində Xudu müəllimlə rastlaşdıqSəni görmək istəyirdim, – dedi. – Papkasından göy rəngli bir şagird dəftəri çıxartdı. On iki səhifənin hamısı əlyazması ilə dolmuşdu. – Ədəbiyyat, incəsənət məsələlərini demirəm,
elmə
aid problem məsələləri yazmışam. Qəzetin ətrafına yaxşı müəlliflər topla...”


Mən
o şagird dəftərini itirməyim deyə, sonra haraya qoydumsa, hələ tapa bilmirəm.


İndi
Bu qala bizim qalapoemasını məmnuniyyətlə oxuyanda o böyük insanın mələk siması yenidən gözlərim önünə
gəlir
.


...
Dünya talan dünyadı,

Gün gəlincə, verdiyini

Geri alan dünyadı.

Sən taleyin gecəsini

Gündüzünü görmüşdün.

Göy qübbəsi altında

Bu dünyanın hər üzünü görmüşdün.

Sən dünyaya uymadın,

Sən mərd oğlu mərd idin.

Sən gül ləçəyindən yumşaq,

Qranitdən sərt idin.

...Çiçək ömrü, yarpaq ömrü yaşadın,

Yüzillik çinarlar sənin yaşıdın.

Çiçək ömrü,

Yarpaq ömrü,

Bulaq ömrü,

Mələk ömrü yaşadın.


Poemadan
köçürdüyüm bu misralar Xudu müəllimin portret cizgilərini çəkmək üçün ən münasib, ən seçmə sözlərdi. Əgər o yaşadısa, həqiqətənçiçək ömrü, yarpaq ömrü, bulaq ömrü, mələk ömrüyaşadı.


Müəllifin
poemada real boyalarla verdiyi kristal haqqında söhbət Xudu Məmmədovun elmi axtarışları tapıntıları ilə bağlıydı.            


Hacansa
qədim insan,

Bəlkə qutlu bir şaman

Öz içində bərq vuran

Bir daşkristal tapdı.

Başqa bir qədim insan

Kristalı onun əlindən qapdı.

İki qardaş savaşdı,

İnsan qanı töküldü.

Şeytan bunu görürdü,

Şeytan əl çalıb güldü.

qədim insan birdən durdu.

Daş alətlə kristala bir zərbə vurdu.

bərq vuran kristal insanı ovsunladı.

.... bir gün qədim insanın tapdığı ilk kristal

Xudu Məmmədovun əlinə düşdü.

O da məftun oldu bərq vuran kristala.

O, alimlər rəssamıydı

Kristalın sirrini

mozaik qravürlərlə,

naxışlarla çözürdü.

Kainatın rəmzi idi onunçun kristal

Mozaik naxışların

əvvəli, sonu var.


Xudu
Məmmədov kristallar barədə Londonda ingilis dilində doktorluq dissertasiyası müdafiə etmişdi.


Eşitmişdim
ki, azərbaycanlı alim Xudu Məmmədov bizim ulu nənələrin toxuduğu xalıların, kilimlərin üstündəki naxışların izini yerin səkkizinci qatına aid olan kristal kəsiyində görübdü.


Olduqca
maraqlı bir elmi kəşfin müəllifinə taleyi yaşamaq üçün möhlət vermədi. O, dünyasını qəfildən dəyişdi.


Ürəyimdə
hələ dərddi gül açan,

Novruzgülün mənim kimi bağrı qan.

Xarı bülbül, qovuşarıq bəs haçan?

Qarabağa bizsiz gəlir bu yaz da, –


deyə
könül çırpıntılarını oxucusu ilə bölüşən müəllif indi Şahmar şikəstəsipoemasında dünyasını vaxtsız dəyişən şair Şahmar Əkbərzadənin yadda qalan detallarla bədii obrazını yaradır.


Burada
şairin “48 ölçülü qadın paltarıməşhur hüznlü şeiri, ŞahmarınTopxanaya, Armud ağacına yazdığı məktubun ermənilər tərəfindən güllələnməsi xatırlanır; taleyi bir-birinə bənzəyən qələm dostlarının Bişkekdə görüşü unudulmur:


Eyvandan
qaranquşlar

Xəbər verir ilk bahardan.

Mir Cavadın rəsmləri

Asılmışdı divardan.

Kitab dolablarında

Çingiz ağanın kitablarıyla

yan-yana, çiyin-çiyinə

Bizim Bəxtiyar, Şahmar, Anar.

Siz sonuncu Ordaçılar idiniz, –

Çingiz ağa, Bəxtiyar.

Boz qurd kimi məğrur Oljas,

Xudanın sirri Xudu.

sən, qardaşım Şahmar.


Şahmar
şəxsiyyətinə poeziyasına, ümumtürk dünyasına məhəbbət hissilə yazılmışŞahmar şikəstəsiəsəri bəlkə Şuşada eşitdiyim sonuncu muğam fəryadı idi ki, o indi Cihada çağırırdı.


Elçin
İsgəndərzadə bir-birinə bənzəməyən, lakin ulduz karvanına bənzəyən poemalar silsiləsi yazmışdır ki, onlar da ilhamlı könül dünyasından xəbər verir.


Mən
ümid edirəm ki, şairin türk dünyasına səpələnmiş oxucuları öz könlündən keçənləri Elçinin kitablarının səhifələrində tapacaqlar. Elçinin özünü axtarsalar, o həmişə olduğu kimi oxucularının yanında, könlündə, taleyindədi.


50
yaşlı gənc qardaşıma daha çox cildliklər daha böyük yubileylər arzulayıram!

 





15.09.2014    çap et  çap et