525.Az

Qayğılı və duyğulu şairin “Ümid kitabı”


 

Qayğılı və duyğulu şairin “Ümid kitabı” <b style="color:red"></b>

Müəllif Ramiz Məmmədzadədir. Onu 50 ildir tanıyıram. Keçən əsrin 60- illərinin əvvəllərində Abşeron Rayon Partiya Komitəsinin birinci katibi işlədiyim zaman komsomol, sonra da partiya işinə götürdüm, daha sonra o dövrün ən müqtədir təşkilatı olan Mərkəzi Komitəyə qədər gedib çıxdı. Çox da böyük vəzifədə olmasa da, tanınıb seçilirdi. Səmimiyyətinə, qayğıkeşliyinə görə çoxsaylı dostlar qazandığının da şahidiyəm. 50 illik müşahidələrimə rəğmən deyə bilərəm ki, olduğu kimi görünən, göründüyü kimi olan adamlardandır. Özü demişkən bir az narahat, bir az da nahamvar adamdır (“Özümə oxşayır yazdığım şeir”).Onunla ünsiyyətdə olanda da, şeirlərini oxuyanda da nəzərə çarpan daha çox elə bu narahatlığı nahamvarlığıdır. Düşündüklərini olduğu kimi bədii boyalarla çatdıra bilir. Xüsusilə dostlarına tanıdığı adamlara həsr etdiyi şeirlərdə onun narahatlığı qayğıları daha çox hiss olunur.

 

Bununla gərək ki, 10 ya 12-ci kitabıdır ki, dərc olunur demək olar ki, hamısını da mənə bağışlayıb.Bütün kitablarında uşaqlıqdan başlayıb bu günə qədər ürəyi riqqətə gətirən qayğı duyğuları səslənir.Sərbəst şeirə verdiyi üstünlük isə həmin qayğıları daha sərbəst ifadə etməyə imkan yaradır.Bu vəznin üstünlüyü elə bilirəm ki, elə bundadır. Dostlarına, əzizlərinə həsr etdiyi hər şeirdə yüzlərlə, minlərlə adamların qayğıları oxunur.

 

Yox, sən gözlə, ata evimşeiri Zəhra anasının xatirəsinə həsr olunsa da, uşaqkən cəbhədə atasını itirən minlərlə uşağınatahəsrətindən necə qovrulduğunun çox parlaq ifadəsidir:

 

Dilimizdə dağ-dağ olduatakəlməsi,

Gedər-gəlməz olduatakəlməsi,

Bizim evdən qaçaq olduatakəlməsi,

Kişi sözü eşidəndə gözüm dörd oldu”.

 

Daha sonra:

 

Dörd uşaqdıq bir yuvada

sərçə balası...

Bir ümidə sığınmışdıqanam qalası”.  

 

Gözəl tapıntıdır! İstəristəməz dimdiyində yem gətirərkən ağızlarını gen açıb civildəşən sərçə balaları yada düşür.

 

 Mən özüm belə bir ağrılı-acılı uşaqlıq keçirmişəm. Dünyasını tez dəyişən atamdan sonra 4 uşaqla dağ boyda dərdin altında inləyən anam yada düşür. Aylarla toxuduğu bir xalını qarğıdalıya dəyişmək üçün Balakənə getmiş anamızı bir həftə idi ki, ac-susuz gözləyirdik. Xalını 2 pud qarğıdalıya dəyişib gələn anamızı görüb sərçə balalarıtək civildəşirdik.

 

Ramiz Məmmədzadə elə bu səhnəni təsvir edir:

 

 

Xalçaları, gəbələri satdıq birinə,

Üç otağı bir elədik, qatdıq birinə,

Dörd balaydıq, dörd köz idik,

odduq birinə,

Sındırmadı vüqarını anam mərd oldu,

O xalçalar, o gəbələr mənə dərd oldu”.

 

Bu sətirləri oxuyub kövrəldim. Hər şeyi satıb (bunlar çox da deyildi) əlacsız qalan anamın müharibənin birinci ilindəcə şam kimi əriyib yaşı hələ 40-a çatmamış dünyasını dəyişməyi bizi daha böyük dərdlərə düçar elədi.

 

Ramiz qarabağlıdır. Əksər şeirlərində Qarabağ dərdi bütün dərdləri üstələyir.

 

Canım Qarabağın zirvəsiyəm mən, 

Nisgilli dağların zil səsiyəm mən,

Yurda sədaqətin zirvəsiyəm mən

 

deyən şair elə bu dərdlə qocalır, Qarabağ olayları da içalat kimi uzanıb gedir.

 

Kitabın bir bölümü müxtəlif insanların xatirələrinə həsr olunub. Bu şeirlərdən Nazim Hikmət, Rəsul Rza, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev kimi dahi sənətkarlar boylanır. Arzularından, xəyallarından nakam gedən Nazim Hikmətin dililə:

 

Bəxt məni aldatdı ki,

Xəyallarım batdı ki,

Əlim hara çatdı ki,

ağlarsan əlim heyy

 

deyən şair, böyük ülvi məhəbbətin rəmzi olan Rəsul Rza Nigar Rəfibəylinin ömrün çox dəhşətli rüzgarı ilə biri-birinin həsrətilə dünyalarını dəyişməsini yada salır. O zaman bu iki böyük sənətkarın faciəsinin ümumxalq faciəsinə çevrilməsi yaxşı yadımdadır. Şair bu nisgili kövrək duyğularla vəsf edir:

 

Sən qızılgül fəslində

gəlmişdin bu həyata

Çiçəkləri qoyub nigaran

ölmək istəməzdin.

Gözü-gözündə

Sözü-sözündə

Qolu qolunda Nigarım

 

deyən şairin həm bu şeiri Rəsul Rzanın çox sevdiyi sərbəst vəzndə yazması da diqqətçəkəndir.

 

Şair ustad sənətkarımız Bəxtiyar Vahabzadənin ruhu qarşısında onun ölümünü təbiətin cəmiyyətin böyük faciəsi kimi vəsf edir:

 

Bozarmış çöllərin gözü ağardı,

Qarası çəkildi üzü ağardı,

Söz dedim, dilimin sözü ağardı,

Sözsüz səhralarda bir dayan sözüm

 

Böyük yazıçı, dramaturq İlyas Əfəndiyevin xatirəsinə həsr etdiyiMəhəmməd oğlu İlyasşeirində bu gözəl sənətkarın canlı portretini yaradır.

 

Şairin poetik istedadı:


Duyğuları
şehə döndü

Səpildi

Ömrünün yarpaqlarına- 

O istəkli dağların, dərələrin

Büllur bulaqlarına.

 

misralarında xüsusilə gözəl təzahür tapır.

 

Şairin Dəyirmançı Əşrəf, Sultan Əhməd, Əmənoğlu Cabbar kimi bütöv kişilərin xatirələrinə həsr etdiyi seirləri xüsusilə ibrətamizdir.

 

Bu şeirlərdə Qarabağ dərdinin ürəkləri yaxan böyük ağrılarını görüb sızıldamamaq mümkün deyil. Şair bu ağrı-acını köçkünə, qaçqına dönmüş bir milyon nəfərin zillətə çəkilmiş həyatını ürəkləri parçalayan bədii lövhələrlə ifadə edir. Bir zamanlar məşhur Ağdam bazarının yaraşığı olan Əmənoğlu Cabbarın Ağdam həyatını:  

 

Toydan, yasdan qalmazdı,

Qəribə, baməzə ovqatı vardı,

Gülüşündən Günəş doğardı,

Əmənoğlu Cabbarın

 

misralarıyla vəsf edərək onun Bakı küçələrindəki qaçqın dövrünün təsvirinə keçir:

 

İşıqfor dirəyinin kölgəsinə bürünüb,

Keçib gedən maşınlara

Əlini açan gördüm

 

:

 

Kömürü qocalmış, 

Dəmiri ovulmuş

Əmənoğlu Cabbar

 

deyib fəqan edir, onun timsalında minlərlə Qarabağ qaçqınlarının acı taleyinə yanıb-yaxılır.

 

Eyni təzadlarıSultanəhməd kişi”, “Dəyirmançı Əşrəf başqa şeirlərində oxuyub şairin ürək ağrılarına şərik çıxırıq.

 

Onun şeirlərində ən çox diqqətçəkən insan amilinin rəngarəngliklərinə dərin müşahidələrdir. Şeirlərində müxtəlif qəbildən olan insanların xarakter cizgiləri seçilib oxucunu düşündürür. Məsələn, “Bu kişişeirində canlı bir insan xarakter keyfiyyətləri ilə qarşımızda dayanır. Şeirin qəhrəmanı Ramiq Muxtar oğlu comərddir, sir-sifətindən səmimilik tökülür, həyat eşqilə qaynayıb daşır, bəzən uşaq kimi küsür, dərdi-qəmi, kədəri dəmir barmaqları arasına alıb cəhənəmə göndərir, dara düşənin yoluna qızıl quş kimi qonur, qaranlığadüşənə işıq salır, şux qaməti, tunc sifətilə özü boyda sədaqəti, cəsarəti var bu kişinin. Əgər Şuşaya, Zəngilana getmək lazım olsa, gedənlərin önündə olacaq sözlərilə şeiri tamamlayır. Bir sözlə real həyatdan götürdüyü Ramiq Muxtar oğlunun kiçik bir şerilə elə bitgin obrazını yaradır ki, onu oxuyan hər kəsə örnək ola bilər.

 

Şairin çoxlu satirik şeirləridə vardır. “Yalanşeirini oxuyarkən ulu Peyğəmbərimizin (s.ə.s.) bu mənfur keyfiyyətə verdiyi qiymət yada düşür. Ondan soruşurlar, ya Allahın Rəsulu, zəhərdən acı bir şey varmı? Deyir-yalan zəhərdən acıdır.

 

Şairinyalanıdünyanı yıxıb sürüyür, zəhlə tökür, qan qaraldır, yad kişinin yatağından sivişib ər evinə dönən qadının idbar vücuduna bənzəyir. Şair daha irəli gedərək məmləkətin təkcə qibləsini deyil, bütününü yalana oxşadır, onun canavara dönüb dünyanı gəmirməsi, elə dünyanın başdan-başa yalan olmasını söyləməkdən belə çəkinmir.

 

Pis adamşeirində pis adamların iyrənc sifətlərini açıb tökür. Kimdir pis adam? Yaxşı adamın ona verdiyi vəzifəni dəyərdən salır, qurulanı söküb dağıdır, sadə adamlara qənim kəsilib onları işdən qovaraq bir parça çörəyini əlindən alır, yaşlılarısiz köhnəlmisinizdeyə bayıra atır, hikkəsi-ədası ilə hamını zəhərləyir, yerlibazlıq edir, sözləri kölgəli, xisləti şübhə, hiylə ilə yoğrulmuşdur, arvad-uşağından xəbərsizdir. Şair belə adamlarışahların piyada getdiyi yerlərə göndərilməsini tələb edir. 

 

Qorxulu adam”, “Vəssalam”, “Antipod”, “Çərçivəli sözlər”, “Rüşvət”, “Bağına gedəndə kəndir götür”, “Satası nəyi qaldı kişeirlərində cəmiyyəti korlayan, xalqa qənim kəsilən iyrənc adamlar ifşa olunur. Bunların hamısı hər gün həyatımızda üzləşdiyimiz, cəmiyyətə üfunət yayan, şairin dilində özünə geniş yer tapmış antipodlardır.

 

Bu kitabda toplanan 123 şeirin, demək olar ki, böyük əksəriyyəti real həyatdan canlı insanların varlığından qaynaqlandığından xüsusilə böyük əhəmiyyət kəsb edir.

 

Digər bir qismində isə şairin kövrək duyğuları oxucunu ağuşuna alıb dərin düşüncələrə qərq edir.

 

Mən bu yazını Ramiz Məmmədzadənin 50 ildən bəri izlədiyim yaradıcılığına ötəri bir nəzər kimi yazdım. sonda böyük təəssüflə qeyd etmək istəyirəm ki, indi kitab, xüsusən bədii əsər oxumaq, demək olar, yox dərəcəsinə qədər azalıb. Yaxşı yadımdadır, keçən əsrin 80-ci illərində gözəl şairəmiz Mirvarid Dilbazi nəvələri ilə Ağdama, yenicə istifadəyə verilmiş Abdal-Gülablı istirahət mərkəzinin sorağı ilə, mənə zəng edib, qonaq gəlmişdi.

 

Onunla görüşərkən 50 il əvvəl, yəni uşaqlığımda əzbərlədiyim bir şeirini əzbər dedim. Şairə kövrəldi. O zaman məktəblərdə yaxşı şeir deyənlərin müsabiqəsi keçirilir, qaliblərə mükafatlar verilirdi. İkinci sinifdə oxuyarkən belə bir müsabiqənin qalibi kimi mənə o zamanlar dəbdə olan bir şapkanı mükafat vermişdilər. Yığıncaqda Balay müəllim şələ papağımı qoltuğuma verib şapkanı başıma qoydu. Elə beləcə evə gələndə anam sevincindən ağladı. Bəs belə müsabiqələr indi keçirilirmi? Axı poetik zövqün təbliği gənclərin ümumi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

 

Bu da yadımdadır: keçən əsrin 70-ci illərində Akademiyanın prezidenti Həsən Abdullayev aspiranturaya imtahan verən məzunlarla sonda söhbət aparar, onlardan əzbər şeir deməyi tələb edər bunu bilməyənləri qəbuldan kənarlaşdırardı.

 

Ramiz, əzizim! KitabaÜmid kitabırəmzi adını seçməyin gözəldir. Əgər ümid ölməyibsə, demək hər şey yaşayır. Arzu edirəm ki, ümid çırağın sönməsin, tezliklə Zəhra ananın uyuduğu Ağdam torpağına dönüb, orada  nəvələrinə toy edəsən.
 





15.09.2014    çap et  çap et