525.Az

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı


 

Ogyüst Roden – müasir heykəltəraşlığın titanı  <b style="color:red"></b>

Ogyüst Roden hələ sağlığında, başqa sözlə bir əsrdən çox əvvəl, bütün Avropada Birləşmiş Ştatlarda nəhəng şöhrət qazanmışdı. XX əsrin əvvəllərində isə bu fransız heykəltəraşı bütün dünyada məşhurlaşmışdı. Təsadüfi deyildir ki, uzun müddət ərzində onu dühanın ilhamlandırdığı qüdrətin inkarnasiyası sayılan Mikelancelosu hesab edirdilər. Doğrudur, Mikelancelonun kosmik istedadı özünü üç ali sənət sahəsindəheykəltəraşlıqda, rəssamlıqda memarlıqda sınamış bu, ona həmin çətin hər üç növdə dahilik zirvəsi bəxş etmişdi. Ogyüst Roden isə yalnız heykəltəraşlıqda Mikelancelodan sonra ən böyük sənət dühalarından biri hesab olunur.

Rodeni uzun ömründəki qəribə hissiyyatı da ona həmçinin Olimpiya heykəli simvolu kimi haqq qazandırmışdı. Lakin XIX əsrin üç rübündə ona münasibət heç birmənalı olmamışdı, bəzi elementlərin təsvirinə görə isə tənqidçilər onu bir dekorativ heykəltəraş hesab edirdilər. Ancaq o, öz yaradıcılığı ilə heykəltəraşlığa nəhəng təsir göstərmişdi. Həm onun çoxsaydakı, məsələn, Emil Burdel kimi şagirdləri ona məxsus olan fərdi üslubun yayılması sahəsində geniş fəaliyyət göstərmişlər. Dünyadakı ən böyük muzeylər onun əsərlərinin kopiyalarına yiyələnmişdi. Parisdəki, Filadelfiyadakı Tokiodakı muzeylər isə şəxsən onun yaradıcılığına həsr olunmuşdur.

Rodenin sənətə başlıca töhfəsi Qərb heykəltəraşlığını, onun əsas qüdrəti sayılan ehtirasın insan bədəninin dəbdəbəsinin təsvirini yenidən geri qaytarmaq, bərpa etmək idi. O, bir qayda olaraq heykəltəraşlıq portretlərində öz güclü təxəyyülünü cilovlanmayan dühasını işə salırdı. Onun böyük şəxsiyyətlərə həsr olunmuş əsərləri, xüsusiləBalzakı bütövlükdə inci hesab olunur.

İstedadın rüşeymləri

Fransua Ogyüst Rene Roden 12 noyabr 1840- ildə Parisdə anadan olmuşdur. Kral Lui-Filippin paytaxtı bu vaxt özününİnsan komediyasıilə məşhur olan romançı Balzakın yazıb-yaratdığı bir məkan idi. Bu nəhəng metropoliyada mövcud olan dramların çox hissəsini Roden öz sənətinə köçürmüşdü, bunlar onun ən böyük nailiyyəti sayılanCəhənnəm qapılarında görünür. Digər tərəfdən onun hadisələrə yanaşmasındakı bütün radikalizm nümunələri həm şəxsiyyətinin fərqləndirici cəhətlərindən irəli gəlirdi. Onun böyüdüyü mühitdə məhz belə münasibət tərbiyə edilirdi. Öz tarixində bəzən Feniks kimi küldən qalxmağa, həyata qayıtmağa qadir olan köhnə Paris yoxa çıxsa da, əsr yarımdan çox əvvəlin, 1840- illərin Parisini indi yada salmaq mümkündür.

Rodenin valideynləri sadə adamlar idilər, atası Jan Batist Roden Normandiyadan gəlmişdi, ikinci nikahından bu oğlu doğulanda, o, Paris polis prefekturasında işləyirdi. Rəssamın anası Lotaringiyadan idi, çox mömin qadın olmaqla oğluna qızı Mariyaya xüsusi qayğı göstərirdi, həm uşaqlara sağlam dini tərbiyə verirdi.

Roden doqquz yaşına qədər rahiblərin yaratdığı məktəbə gedirdi. Tənbəl şagird olsa da, rəssamlıq onu özünə cəlb edirdi. Qəzetlərdə gedən illüstrasiyaların kopiyasını çəkməkdən həzz alırdı, bu qəzetləri isə valideynləri ərzaq alanda mağazalardan gətirirdilər. Bir dəfə anası kökə bişirəndə, xəmiri çox nazik yoğurmuşdu, bu piroqun üstünü bəzəyirdi, sonra onu müxtəlif fantastik formalarda kəsdi, onlar qazandan çıxarılmamışdan əvvəl qaynayıb şişmişdi. Bu fantastik formalar balaca oğlanın diqqətini cəlb etdi anasından xahiş etdi ki, xəmirdən bir az adam fiquru düzəltməyə icazə versin. Qadının razılığını aldıqdan sonra uşaq o qədər çox sayda fiqur düzəltdi ki, bu işi davam etdirmək üçün artıq xəmir çatmadı. Anası xəmir heykəltəraşının ambisiyalı həvəsini dayandırmalı oldu. Xəmir yağda qızarandan sonra şişmişdi elə görkəm almışdı ki, bu ananın oğulun qəhqəhə çəkməsinə səbəb oldu. Hətta xəmir adam da gələcək heykəltəraşa bu mərhələdən keçməyi tələb edə bilərdi.

Rodenin valideynləri bir burjua kimi öz oğullarını böyütmək qayğısını çəkirdilər, onu əmisi Aleksandrın Bove şəhərində açdığı məktəbdə oxumağa göndərdilər. Lakin bu, səhv qərara çevrildi, çünki Ogyüst məktəbdə özünü bədbəxt hesab edirdi şagird yoldaşları ilə yaxşı yola getmirdi. Ona görə Boveni tərk etməli oldu. Ancaq həmin şəhər onu təbiəti sevmək ruhunda tərbiyə etdi bu, onun başlıca həzz mənbələrindən biri kimi daimi olaraq qaldı. O, məşhur rəssam Kamill Koronun çox sevdiyi Teren vadisində gəzdiyi vaxtları sonrakı dövrlərdə xatırlayırdı. Həm bu vaxt, rəsm çəkməyini davam etdirirdi. On üç yaşında o, Parisə, sakit sevimli valideynlərinin yanına qayıtdı.

Roden artıq özünün dolanması üçün qazanc əldə etmək barədə düşünməyə başladı. O, rəsm çəkməyi öyrənmək barədəki qətiyyətini elan etdikdə, atası digər atalar kimi əvvəlcə buna etiraz etdi, lakin axırda onun İmperial məktəbə (Hazırda Mildli Dekorativ Rəssamlığın Ali Məktəbi adlanır) daxil olması ilə razılaşmalı oldu. Bu təhsil ocağı Böyük İncəsənət Məktəbindən fərqlənmək üçün Kiçik Məktəb adlanırdı. Kiçik Məktəb istedadlı dekorativ rəssam Başelye tərəfindən 1765-ci ildə təsis edilmişdi. O, əvvəllər bir sıra sevilən həyatı təsvir edən tablolar yaratmışdı. Onlardan çoxu kral XV Luinin məşhur məşuqəsi, ədəbiyyat incəsənətə himayədarlıq edən, əsl metsenat fəaliyyəti göstərən Madam de Pompadurun xoşuna gəlmişdi. Roden üç il burada oxudu. Tələbələr təkcə bilavasitə modellərin rəsmini çəkməklə məşğul olmayıb, həm öz yaddaşlarında saxladıqlarından da rəsmlər çəkirdilər. Rodenin on beş yaşı olanda ilk dəfə muzeyə getmişdi. Burada rənglər onu valeh etmişdi, daha çox yuxarıdakı otaqlarda olan Titsianın Rembrandtın əsərlərinə vurulmuşdu. Antik əsərlərin kopiyasını çıxarmaq üçün isə onun yalnız kağızı karandaşları var idi. Aşağı otaqlarda işləməyə məcbur olduğundan, onda heykəltəraşlığa böyük ehtiras yarandı o, artıq başqa heç barədə düşünmürdü.

Bundan sonra o, müstəqil rəssamların cərgəsinə qoşuldu. Ancaq rəssamdan fərqli olaraq heykəltəraş üçün öz işinə diqqəti cəlb etmək olduqca çətin mürəkkəb bir məsələ idi. Rəssamlar əsasən sadə materiallardanboyalardan, fırçalardan kətanlardan istifadə edirdilər, bu vasitələr isə özlüyündə həqiqətən baha deyildi. Heykəltəraş isə öz ideyalarının bütünlüklə realitzə olunması üçün tunc ya mərmər əldə etməyə möhtac idi, onlar isə olduqca baha qiymətə idi. Rəssam adətən ağlında az sayda topladıqlarını canlandıra bilərdi, böyük ideyaya malik olan heykəltəraş üçün isə ictimai hakimiyyətin dəstəyi tələb olunurdu. Bədbəxtlikdən, onun həyatının erkən hissəsi ərzində, vaxt ki, o, öz rəyinə görə, çox şey təklif edə bilərdi, hansısa bir dəstək almaqda Salona daxil olmaq hüququnu əldə etməkdə yalnız problemlərlə üzləşməli olurdu.

Uğurlar heç asanlıqla gəlib çıxmırdı onlar qeybə çəkildikdə, o, özünü dolandırmaq üçün müxtəlif işlərlə məşğul olurdu. 1857-ci ildə, misal üçün, o, bir dekorator tərəfindən işə götürülmüşdü, sonra isə Paris Notr-Dam kilsəsinin bərpa olunmasında çalışmışdı. Dekoratorlar üçün işləyəndə o, bəzək vuran rəssam kimi fəaliyyət göstərirdi, daşı taraşlamağı qiymətli daşlarla işləməyi həmin sənətkarlardan öyrənirdi. Onlardan biri olan Kruşe ilə işləyəndə, indi Roden muzeyində saxlanılan Madam Kruşenin büstünü yaratmışdı. Digər sifarişlər isə bu dövrdə yalnız dekorativ layihələrə xidmət edirdi.

Roden heç vaxt elə adam olmamışdı ki, başqalarına olan öz borcunu etiraf etməsin. Dekorativ layihələrlə işləyəndə heykəltəraş Konstant Simonla görüşündən o, qiymətli təcrübə qazana bilmişdi. Simon ona öyrətmişdi ki, yarpaqları səthdə düz qaydada uzandırma, bu vaxt onlar darıxdırıcı görünürlər. Onların kənarını döndər, bu vaxt məhz heykəl kimi görünəcəklər. Roden bu məsləhətə qulaq asdı həmin təklifinə görə Simona minnətdar oldu. Məktəblərdə öyrənilməyən bir prinsipi ona açmışdı ki, hərəkətin mahiyyət tarazlığını, bədənin planlarının sirrini müşahidə etsin. Həmin dərs ona bütün həyatı boyu öz təsirini göstərməmiş qalmadı.

Ornament çəkən rəssam kimi o, Simonun emalatxanasında çox cüzi maaş alırdı. Uzun müddət peşimançılıq çəkirdi ki, bu işi görməyə məcburdur, lakin həm həmin vaxt barədə sevinc ruhunda düşünürdü, anlayırdı ki, insan sifətində olan kimi, ornamentdə gözəlliyin bir çox mənbələri mövcuddur.

Roden heykəltəraş kimi işlədikcə anatomiyaya dərin maraq göstərirdi, bunu Roden muzeylərindəki çox saydakı anatomik eskizlər bir daha sübut edir. O, Tibb Məktəbində anatomiya kursu keçdi anatomiyaya həsr olunmuş Dupuytren muzeyində təhsil aldı. O, Jerikonun Delakruanın dramatik romantik ənənəsinin davamçısı idi. Onların hər ikisi qüdrətin aludəçisi idi, hərəkətdə olan heyvanlara onlar xüsüsi maraq göstərirdilər. Delakrua heyvanlar aləminin sirlərinə valeh olmuşdu. Parisdə Tingilər bağında Roden şirləri pələngləri seyr edib öyrənirdi.  Heyvanlara belə diqqət, onların öyrənilməsi heç onun uduzması deyildi. Yalnız bir təsadüfi işində o, 1882-ci ildəAğlayan şirheykəlində heyvanı real şəkildə təsvir edən vaxt, onun məşuqələri bir-birinin üzərinə vəhşi heyvanlar quduzluğu ilə hücum edirdilər.

XIX əsrin ortalarındakı fransız heykəltəraşlığının tarixi israrlı qaydada özünün imtahana çəkilməsini tələb edir. Rodenin erkən dövrlərində, 1850-ci 1860- illərdə heykəltəraşlıqda meyl olduqca mürəkkəb idi. Üslubun başlıca xarakteri eklektizmin geniş yayılması idi. Bunu mərkəzdən olan istiqamətin yoxluğu ilə əlaqələndirirdilər. Bir monarx kimi Lui-Filipp haqqında deyə bilərdilər ki, o, şəxsən rəssamlığa maraq göstərir öz erasına fərdi möhürünü vurmuşdur. Digər tərəfdən, III Napoleon, onun arvadı, imperatriça Yevgeniya dövrünün rəssamlığı ilə maraqlanmırdılar, onların zövqü XVIII əsrəkral XVI Luinin dövrünə yönəlmişdi. Buna baxmayaraq, İkinci İmperiya bir mühüm heykəltəraşıJan Batist Karponu meydana gətirmişdi. O, rəssam olmaqla yanaşı, həm heykəltəraş olsa da, bir portret rəssamı kimi, əlbəttə, böyük istedada malik idi. Bunu Paris Operasının arxitektoru Şarl Qarnyenin digərlərinin büstlərində göstərə bilmişdi. Onun Paris operasının- Qrand Opera binasında qoyulan məşhurRəqsəsəri Bakxanalia rəqsini təsvir etməklə, Karpo ruhunun nəzərə çarpan gözəl ifadəsini əks etdirirdi. Onun təsiri Rodenin portret büstlərində, həmçinin qadın uşaq qruplarında aydın görünür. KarponunUqolinosunun eskizinin bir nümunəsinin Rodenin kolleksiyasında olması da bunu sübut edir.

Rodenin həyat xətti 1862-ci ildə bacısı Mariyanın faciəli şəraitdə ölməsi ilə pozuldu. Bu qız qardaşının dostuna vurulmuşdu. Həmin gənc qardaş bacının hər ikisinin portretlərini çəkmişdi. Lakin qızın məhəbbəti cavabsız qaldıqda o, dünyadan üz döndərməyi qərara aldı monastıra yollandı. Bədbəxtlikdən, yazıq qız peritonitdən öldü, öz sonuncu andını da içə bilmədi. Onun ölümü Rodenin könlünü dağıtdı, o da bacısı kimi dünyadan imtina edib, rahib olmaq istədi.


(
Ardı var)

 





15.09.2014    çap et  çap et