525.Az

“İnsan – unutmadığı xatirədi, dediyi sözdü, oxuduğu nəğmədi...”


 

“İnsan – unutmadığı xatirədi, dediyi sözdü, oxuduğu nəğmədi...” <b style="color:red"></b>

Dəyərli şairimiz Çingiz Əlioğlu ilə nostalji söhbətimizelə kandarındanca  sıcaq, məhrəm mehriban ailə  yuvası olduğu hiss edilənevində baş tutdu. İndiyədək ədəbi-bədii tədbirlərdə şair, rəsmi yığıncaqlarda məmur kimi gördüyümüz həmsöhbətimiz qarşımıza bu il 70 yaşını tamamlamış sevimli Çingiz baba obrazında çıxdı... 4-5 yaşlarında əsmər, qıvrımsaç, sevimli qız nəvəsinin biləyinənəqş etdiyidişlək izi ilə. Sən demə, babası dinc dayanmayan nəvəsinə deyibmiş ki, indi bizə bir qız gələcək, özünü yaxşı aparmasan, mən sənin yox, onun babası olacağam. baba budönüklüyünmüqabilində qısqanc nəvəsi tərəfindən izi aydınca görünən dərin dişləkləmükafatlandırılmışdı”. Qapıdan içəri girəndə nənəsi Südabə xanıma qısılıb mənə sınayıcı qısqanc nəzərlərlə baxan, evin xanımının gülər üzü fonunda daha da acıqlı görünən bu balaca, şeytan qızcığazın sevimli simasındakı çoxçalarlı ifadəni görəndə gülməkdən onun ələyatımlı, qıvrım saçlarını tumarlamaqdan özümü saxlaya bilmədim. Bu məsum şıltaq varlığın daha artıq üzülməməsi üçünnarahat olma, mən babayla danışıb yazı yazacam, onun nəvəsi olmayacamdeyə əlavə eləməyi özümə borc bildim... Amma söhbət əsnasında hərdənbir qapını açıbbabamı aparmayıblar ki?” əndişəsi ilə içəri boylanan balacanın körpəcik simasının görüntüsü söhbətimizin daha anlamlı, daha məsum, daha kövrək daha şirin olmasını təmin etdi sanki...

Şopenin həzin melodiyasının sədaları altında Çingiz Əlioğlunun danışdığı uşaqlıq, gənclik xatirələrinə, nostalji yaşantılarına həm səmimiyyətlə açılmış şirniyyat süfrəsinin şirinliyi, yaşıl çayın çox bəyəndiyim özünəməxsus tamı, divarlardakı dəyərli rəsmlərin, qiymətli əl işlərinin min bir rəngi, rəflərdə gözə dəyən, yaşı yüzillərlə ölçülən kolleksiya nümunələrinin qədimlik qoxusu kitabların əsrarəngiz aurası da qarışmışdı elə bil...

Həmişə zövqlü, gözoxşayan geyimi ilə seçilən, tədbirlərdə gözəl şeirlərini dinləməyə alışdığımız, bizə bir az da uzaq, bir az da zabitəli insan təsiri bağışlayan Çingiz Əlioğlu – “Cənubda doğulan şimal adamı, qəddi əyilməyən şümal adamıoxucularımıza evinin ürəyinin qapılarını taybatay açmaqla, kövrək nostalgiyası ilə sübut etdi ki, bəzən hər şey göründüyü kimi olmur, uzaq, yad bildiklərimiz əslində bir səmimi söhbətlə yaxın, doğma ola bilirmiş...

 

Nostalgiyanı hansısa məqamlarda insanın zəifliyi kimi qəbul edirəm


Elə
güclü nostalji hisslər keçirən deyiləm. Mən daha çox bu gün sabahla bağlı duyğularla, düşüncələrlə, planlarla yaşayan adamam. Keçmişi korrektə eləmək mümkün deyil. olubsa, artıq olub, ona görə keçmişi çox vərəvurd eləməyin mənası yoxdu. Amma keçmişdən hansısa məqamları götür-qoy eləyib nəticələr çıxarmaq lazımdır ki, gələcək həyatında o səhvləri,  yanlışlıqları təkrarlamayasan, yeri gələndə, daha düzgün qərarlar verə biləsən. İnsan öz mahiyyəti etibarilə sabaha yönələn varlıqdır...Nostalji, daha doğrusu, qəribsəmə məndə xarici ölkələrdə olanda yaranır, baxmayaraq ki, səyahətləri sevirəm (elə olub ki, əsasən işimlə bağlı bir il ərzində 12 ölkədə olmuşam). Amma Vətəndən uzaqda hökmən bir neçə gündən sonra Vətən üçün qəribsəyirəm. Doğma yurd yadıma düşür, darıxıram. Hər şeydən öncə Azərbaycan dili üçün darıxıram. Bu barədə şeirim var, şeirin yarısına qədər oxucular elə bilir ki, burada hansısa qadından söhbət gedir. Əslində isə bu, məhz dilimizə həsr olunub:


Sən
məni heç zaman tərk etməmisən,

Mən səni hər zaman qoyub getmişəm.

...Hansı dayanacaq, hansı perronda

Mən ensəm, görmüşəm

sən qarşımdasan.

Bildinmi, dünyanın harasındasan?!


Dil
şairin vətənidir. Doğma dilim mənimlə birgə bütün dünyanı gəzir. Mənim üçün Vətən anlayışı ilk növbədə doğma dillə assosiasiya olunur. Azərbaycan dilinin son dərəcə özünəməxsus intonasiyaları, avazı, deyim tərzləri, aurası, ritmi var. Bu yəqin ki həm mənim tale təyinatımla bağlıdır. Belə doğulmuşam, bunu hansısa canatmalarla, süni yollarla əldə eləməmişəm. Bu mənim stixiyamdır.


Mənim
nostaljim məhz doğma dilimin stixiyası ilə bağlıdır


Mən
həmişə o dili, o danışığı eşitmək istəyirəm. Az ömür yaşamamışam. Azərbaycanın demək olar ki, bütün bölgələrində olmuşam: gəzmədiyim yer, oturub-durmadığım insan qalmayıb. Bütün bunlarla bərabər, yenə hər gün təzə söz eşidirəm, hər gün nəsə təzə bir ifadə tərzi ilə rastlaşıram, yeni bir intonasiya, avaz  qulağıma dəyir. Sanki içərimdə, beynimdə səslə, sədayla, avazla dolu bir fəza var. Həm o, elə bil kosmos kimi genişlənir, hüdudu yoxdu. Eşitdiyim hər təzə səs, hər yeni intonasiya o fəzada öz yerini tutur. O səslər bəzən bir-birinə dəyib yeni sözlər yaradırlar. Hansısa səs, avaz, söz adamı bir anda 40 il əvvələ apara bilər. Reallıq, gerçəklik burasındadır ki, düşüncələr öz ifadəsini bizim yaddaşımıza, şüurumuza sözlərlə bənd eləyir. Yaranışın ibtidasından insan yazır ki, başlanğıcda SÖZ vardı. Sözün böyük yaradıcı qüvvə olduğunu təsdiq eləyən nəhəng elmi, teoloji mənbələr var. Qurani-Kərimdə sözün qüdrəti vurğulanıb.

Bizim dilimiz o qədər qəribə, çevik mütəhərrikdi ki, fərqli sözlər birləşib yeni sözlər yaradır.


Dil
məni həmişə qoynuna səsləyən nəhəng nostalji nəhridir


Hər
il dünyada 3 min dil ölür. Qurbanı olduğum, qadasın aldığım Azərbaycan dili tarixin bütün keşməkeşlərindən, sınaqlarından püxtələşə-püxtələşə, gözəlləşə-gözəlləşə, dolğunlaşa-dolğunlaşa gəlib bu günə çıxıb. Bunu gətirib bu dövrə çıxaran Azərbaycan xalqıdır. Bizim ən böyük tarixi nailiyyətlərimizdən biri doğma dilimizi qoruyub bu günə gətirib çıxarmağımızdır.


Yaradanın
özünün seçdiyi kimlərsə var...


Tanrının
lütfünə qurban olum. Onun özünün qoruduğu kimlərsə var. Buna tam əminəm. Həyatda aldığım məxsusi ləzzətlərdən biri avtomobil sürməkdi, neçə illərdi bununla məşğulam. Bununla da bağlı qədər situasiyalarda Yaradanım məni hifz eləyib... Arzu edirəm ki, hamımızın üstündən Onun nəzəri əskik olmasın.

O vaxtlar  Füzulidən Bakıya Yerevan-Bakı qatarı ilə gəlirdilər. Adətən gecə vaxtı qatarda yer olmurdu deyə, adamlar Horadizdə perrona düzülüb gözləyirdilər. Bir görürdün ki, qaranlığın içindən paravoz alnında da böyük qırmızı projektor işığı ilə əjdaha kimi nərildəyə-nərildəyə gəlir. Yaxınlaşanda da dəhşətli ətürpədən bir fit verirdi. O qədər basırıq olurdu ki... Görürdün ki, çamadanlar  adamların başının üstündən, adamlar az qala bir-birinin ayağının altından gedir. 7-8 yaşım olanda bunun necə bir dəhşət olduğunu öz gözümlə görmüşdüm.

Anam danışardı ki, təxminən 45-ci ilin yanvarı imiş. Anamın o vaxt hardasa 18 yaşı varmış. Mən anamın qucağında, 6-7 aylıq körpə olmuşam. Stansiyada anam qalxıb qapının dəstəyindən yapışıb ki, içəri keçsin, içəri yığılmış kisələr, çamadanlar yuvarlanıb qapının ağzını kəsib, anam içəri keçə bliməyib qatar tərpənib. Horadizdən növbəti dayanacağa qədər təxminən 40-45 dəqiqəlik yol... Yanvarın şaxtası... Özü o vaxtlar Qarabağda, Füzulidə elə qışlar keçirmiş ki, soyuq adamı bıçaq kimi kəsirmiş... Anamla gedənlər elə biliblər ki, o, içəridədir, sadəcə basırıqda görünmür. Növbəti dayanacağa kimi anam qucağında mən, bir əli qapının dəstəyində o soyuqda, açıq havada gedib. Növbəti dayanacaqda anam içəri keçib, məni bələkdən açıblar, görüblər, gömgöy olmuşam... Ancaq Allah məni onda da hifz eləyib. Mən elə  o  vaxtdan istisevən olmamışam. Füzulidəki otaqlarımız böyük idi, hamısını qızdırmağa odun-ocaq çatdırmaq olmazdı. Ona görə hamı qızdırılmış bir otağa yığılırdı. Onda da ən böyük, ən soyuq otaqda mən yatırdım. Ora mənim üçün həm istədiyim qədər kitab oxumaq üçün sərfəli idi. Çox vaxt yorğanın altında, “kitayskifanarımla kitab oxuyurdum.


Mənim
xarakterimdə olan kişi başlanğıcı Mustafa dayımdan gəlib


Məni
məhz o bu cür tərbiyə eləyib. Dayım məni qışda həyətin ortasında soyuq suyla yuyunmağa məcbur eləyirdi, rəhmətlik anam deyirdi, ay Mustafa, bu uşağı niyə öldürürsən? Dayım cavab verirdi ki, mən onu Sparta rejimində böyüdürəm. Anam da deyirdi, eybi yoxdu, qoy görək özününkü olanda onu hansı rejimdə böyüdəssən (gülür)? Mustafa dayım sovet-fin müharibəsində könüllü iştirak etmişdi. Müharibədən özü iləHarley-Davidsonmotosikleti gətirmişdi. İri, qapqara birdinozavridi. Dayım onu alt evdə saxlayırdı, üstünə çadır örtürdü ki, toz olmasın. Hərdən mən gedib çadırı açıb baxırdım. Həftədə bir-iki dəfə onu çıxarıb təmizləyirdi, işə salırdı, məni alırdı tərkinə. O vaxt bütün Füzulidə yeganəHarley-Davidsondayımda idi. Mən at sürməyi bacarmırdım, amma motosiklet sürməyi çox sevirdim. Xarakterimdəki yaradıcılığımdakı urbanistikanın köklü əsasları var.

İndi o günləri, təbii ki, ilk növbədə ata-anamı, indi dünyasını dəyişmiş doğmalarımı tez-tez xatırlayıram, kövrəlirəm... Mən ana  tərəfdən Əfəndiyevlər nəslindənəm. İlyas Əfəndiyevin ortancıl bacısı Məhluqə xanımın oğluyam. Ana nənəm Bilqeyisi çox istəmişəm. Həm onu çox istədiyimi, onun üçün darıxdığımı elə bil indi daha çox hiss eləyirəm. Bilqeyis nənəm o qədər zərif idi, elə bilirdin, indicə fransız moda jurnallarından düşüb gəlib. Ağappaq idi, bir el misalı var: su içəndə boğazından görünmək. Bu ifadə Bilqeyis nənəmə aid idi elə bil. Gerçək əsilzadə idi. Çox ağıllı qadın idi, bir neçə dil bilirdi, kitablar oxuyurdu. Nənəm sandığını açanda həmişə onun yanına qaçırdım. Mənim üçün o sandıq sirli bir dünya idi.

Ata tərəfdən isə Xanbacı nənəmgil Qalabəylər nəslindəndirlər. Məşhur Yüzbaşı Süleyman Paşanın övladlarıdır. Süleyman Yüzbaşının adına Həmidə xanım Cavanşirin xatirələrində rast gələ bilərsiniz. Xanbacı nənəm sinədən şeir deyərdi. Cəngavər qadındı, özü əsmərdi, qara saçları vardı.

İlyas dayımı tez-tez xatırlayıram. Hər yay İlyas dayımgil Şuşadakı yaradıcılıq evinə gedirdilər. Dayım həmişə məni özü ilə aparardı. İlyas dayım bizim bütün nəslin ağsaqqalı idi. Çox zəhmətkeş idi. Həm bütün ailə üzvlərinə, bütün qohumlara  son dərəcə diqqətlə yanaşan, onların ağrısı-acısı ilə yaşayan adam idi. O, böyük ədəbi irs qoyub gedib.

Orta məktəb müəllimlərimi, daha çox mənə birinci sinifdə dərs deyən Əfruz müəlliməni xatırlayıram. O qədər həlim, mehriban qadın idi, elə yumşaq ürəyi vardı ki... Mənim bir insan kimi formalaşmağımda, adını çəkdiyim çəkmədiyim, bütün bu insanların böyük rolu var.

Uşaqlığımın ən yaddaqalan, munis, kövrək, nisgilli xatirələri Qarabağla bağlıdır. Təki o günlər geri qayıdaydı....


Daha
çox keçmişdə elədiyim hansısa haqsızlığımı, kobudluğumu, diqqətsizliyimi xatırlayıram...


Bunlar
yadıma düşəndə mənə çox əzab verir. Mənə ilk növbədə dilxorçuluq gətirən hansısa məqamlarda sözün böyük mənasında- dünyamın ab-havasına uyğun gəlməyən hərəkətlərim olub. Biz müəyyən temperamenti olan xalqıq. Bəzən temperamentimizqaynarqanlılığımız, qızğınlığımız bizə mane olub. Hətta biz bunu yeri gələndə müsbət cəhət kimi qabartmışıq. Ancaq insan yeri gələndə götür-qoy eləməli, soyuqqanlı, təmkinli olmağı bacarmalıdır. Amma cavan vaxtı görürsən ki, içində səndən böyük bir güc gizlənir. sən, istədin- istəmədin, onun hökmünə tabe olursan. Bəzən o gücün diqtəsilə görürsən ki, bir işi öz iradənin əksinə eləmisən. İndi özümlə tək qalanda özümə qarşı yetərincə tələbkar oluram. Onda həmin o dediyim təmkin məqamları üzə çıxır. Amma cavan vaxtı, həyatın təbii axarında içimizdə o güc, enerji çox vaxt məndən qabağa gedirdi (gülür). Cavanlıqda elə hərəkətlər eləmişəm ki, o situasiyaların çoxunda anındaca həlak ola bilərdim. Amma mən o vaxt bu risklərin fərqinə varmırdım.

Düşünürəm ki, çox maraqlı bir həyat yaşamışam Allahın köməkliyi ilə bundan sonra da yaşayacağam. 40-a qədər ölkədə olmuşam. Çox geniş əlaqələrim, bu ölkələrin hər birində xeyli dostum var. Bu dostlar təkcə sənətimlə, peşəmlə bağlı insanlar deyil.

...35 yaşında Polşada səfərdə idim. Gördum ki, bir qadına zorakılıq edib əlindəki pulları almaq istəyirlər. Onda heç nəyi düşünmədən kömək üçün irəli atıldım, onu qorumağa çalışdım. Sonra da polislər gəlib cinayətkarları zərərsizləşdirdilər. Onda sovet vətəndaşı idim bu, hardasa mənim zərərimə işləyə bilərdi. Ancaq mən sonrasını düşünməmişdim o vaxt. Hardasa bir insana haqsızlıq olanda, hardasa bir qadına əl qaldırılanda, zor tətbiq olunanda mən sakit dura bilmərəm. Necə yəni? Adam o məqamda sussa, sonra özü-özünə hörmət eləməz.

Gəncliyimdəo vaxt ya 3-, ya da 4- kursda oxuyurdumyaşıdım olan başqa gənclər kimi, mənim xoşuma gələn, görüşdüyüm qız vardı. Tibb Texnikumunda stomatoloji bölmədə oxuyurdu. Azərbaycanın rayonlarının birindən, tanınmış, yaxşı ailələrdən birinin övladı idi. Bir-birimizi çox istədiyimiz vaxtlar idi. Bir dəfə axşamüstü gəzə-gəzə gedib zooparka çıxdıq. Zooparkda demək olar ki, adam yox idi. Bir gördüm qarşıdan bir qadın qaça-qaça gəlir. Həyəcanla dedi ki, ay oğul, başına dönüm, səndən bir xahişim var, burda ayı qəfəsi var, qəfəslər yerdən metr yarım hündürlükdə kərpic özülün üstündədir, döşəməsi taxta ilə örtülüb, içində iki ayı var. Biri taxtanı qırıb içəri düşüb. Gəl, mən sənə uzun bir ağac verim, gir qəfəsə, ayını hürküt ağacla, ordan çıxsın. O biri ayı da qırılan taxtanın o biri tərəfindən bizə baxır. Qadın bunu mənə qızın yanında dediyi üçün etiraz edə bilmədim. Qız da elə mən ağıldaymış, demir ki, getmə, ora təhlükəlidir (gülür). isə, qadının sözündən sonra razılaşdım ayı qəfəsinə girməyə. Elə təzəcə hazırlaşmışdım, qəfəsə girim, bir gördük uzaqdan zooparkın əsas qarovulçusu qışqıra-qışqıra bizə tərəfə qaçır: Dayan, dayan! Xalxın uşağını niyə salırsan ayı qəfəsinə? (Sən demə, qadın sadəcə zooparkın təmizlik işinə baxan xidmətçi imiş) Çatıb mənə dedi ki, bunun başı xarabdı, bəs sənə olub ay oğul, hara girirsən (gülür)? Gənclikdə belə  maraqlı hadisələr çox olub...


Rəssamlarla
dostluğum yaxşı alınır


Azərbaycanın
xarici ölkələrin  tanınmış rəssamlarının əsərlərindən ibarət çox böyük – 600-ə qədər irili-xırdalı işlərdən ibarət kolleksiyam var. Öz böyük rəssamlarımızdan Kamal Əhməd, Sənan Qurbanov, Qafar Seyfullayev, Çopuroğlu, Yusif Mirzə, Fikrət Həşimovun əl işləri evimin divarlarını bəzəyir. Evimdəki rəsm əsərlərinə baxanda həm o rəssam dostlarımla keçirdiyim günləri xatırlayıram. Bunların içərisində bəziləri dünyasını dəyişib artıq... Bu rəsmlər rəssam dostlarımın bədii təxəyyülünün məhsulu olsa da, öz mahiyyətləri etibarilə mənim həyatımın müəyyən heroqlifləridir. O heroqliflər vasitəsilə mən bəzən öz keçmişimi oxuyuram. Onlar məni nostalji duyğulara aparıb çıxara bilir... Xaricə uzunmüddətli səfərlərə gedəndə rəssam dostlarımın balaca akvarellərindən bir neçəsini özümlə aparıram. Yaşadığım oteldə tumbaların üstünə qoyuram. Dünyanın ən bahalı, ən gözəl otellərində qalmışam, lakin onların hamısı darıxdırıcılıqda bir-birinə bənzəyir. 2 gündən sonra hər şey özgələşir, bilirsən ki, burada hər şey yaddı, müvəqqətidi... Amma ora bir-iki əziz ştrix əlavə eləyəndə o otellər, o atmosfer  doğmalaşır. Məsələn, 1-2 balaca kitab, 2-3 akvarel...

Güman edirəm ki, mənim üçün nostalji daha çox məkan anlayışı ilə bağlı olur. Məsələn, aradan 30 il keçib, amma Latviya ilə bağlı bir epizodu bugünkü kimi xatırlayıram. Latviyanın Siqulda şəhərində dostlarım məni gözəl bir mənzərəni göstərməyə aparmışdılar. Payız vaxtı idi, mən orada təbiətin ən gözlənilməz rənglərinə boyanmış ümman-meşə, bir vadi, dağ mənzərəsi gördum. Bu günün özünə kimi o mənzərə, o rənglər  ilkin parlaqlığı ilə yadımdadır. Ümumiyyətlə, rənglər mənim həyatımda xüsusi rol oynayır. Əgər rəssamlığı seçsəydim, bəlkə dünyanın ən istedadsız rəssamı mən olardım (gülür), amma məncə, rəngləri duymağı, kompozisiyaları, fəzanı görməyi bacarıram. Rəssamlıq hər bir fərdin fəzanı öz bildiyi kimi sahmana salmaq cəhdidir. Bu, ümumən bədii yaradıcılığın bütün sahələrinə  xas olan bir şeydir. Rəhmətlik Əli KəriminQayıtşeirində bu öz əksini tapıb:

Qayıt, yerinə qoy Ayı, Günəşi,

Yenə olduğutək görüm həyatı,

Qayıt, gözüm nuru, könlüm atəşi,

Qayıt, sahmana sal bu kainatı...

Fantastik dərəcədə gözəl bir şeirdir. Şair sözlə, rəssam rənglə, kompozisiya, ritmlə kainatı sahmana salır. Şeirdə rəng, kompozisiya, səs, ritm var. Şeir bədii yaradıcılığın daha möcüzəvi formasıdır. Rəssam hər hansı bir əsərini yaratmaq üçün konkret olaraq kətandan, rəngdən, fırçadan bir sözlə, maddi nələrdənsə istifadə edir. Şairə isə bir dəftər, bir qələm yetir. Bəziləri sinədəftər olur, heç o da lazım olmur. Musiqi sözdən sonra gəlir...

Cavan vaxtı söz vasitəsilə rəsm lövhələri yaratmağa can atırdım.   Azərbaycan şeirində bunun çox uğurlu nümunələri vardı. Nəbi Xəzrinin bununla bağlı bir şeirini həmişə xatırlayıram:

Sükut...Dərə kimi dərin bir sükut...

Yaşıllıqsolmayan bahardan qalıb...

Dağların başında dolaşan bulud,

Durnadırqatardan qalıb...

Sözün qüdrətinə, gücünə fikir verin, görün necə bir peyzaj yaradılıb? İlk baxışda hamımıza adi görünən sözlərlə qədər parlaq rəngləri olan bir mənzərə yaradılıb.


Mənim
dünyamın bünövrəsi Azərbaycan musiqisi ilə qoyulub


İlk
növbədə muğamla.  Biz muğamı sevmişik, muğamla böyümüşük. Nəzərə alsaq ki, bir tərəfim Şuşadandır, muğamın mənim üçün demək olduğunu təsəvvür etmək çətin olmaz.    Sonralar saz musiqisinin möhtəşəmliyinə bələd oldum. Bütün bunlardan əlavə, mənim üçün klassik musiqi çox önəmlidir. Klassik musiqinin azərbaycanlı təmsilçiləri sırasında  mənim üçün ilk növbədə Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev gəlir. Dünya klassik musiqi irsindən Şopeni, Vivaldini, Debüssini, Vaqneri, Edison Denissovu, Sofya Qubaydulinanı, Alfred Şnitkeni dinləməyi sevirəm. Azərbaycanda da yaradıcılığına hörmətlə yanaşdığım müasir bəstəkarlardan Firəngiz Əlizadə, Azər Dadaşov, Eldar Mansurov, Cavanşir Quliyevin əsərlərinə qulaq asıram. Musiqi insana özü ilə tək qalmağı öyrədir. Əslində mən ünsiyyətcil, geniş əhatəsi olan adamam. Amma bütün bunlarla bərabər gündə 3-4 saat özümlə tək qalmasam, yaşaya bilmərəm. Bu vaxt ərzində mən oxuyuram, yazı yazıram, musiqi dinləyirəm, düşünürəm. Çox az-az hallarda olsa da buna nail oluram: özümü elə daxili bir müvazinətə gətirib çıxarıram ki, orda mənim şüuruma, beynimə heç bir cümlə, heç bir səs, heç bir söz daxil olmur. Əgər insan hər hansı bir vasitəylə, hər hansı bir yolla özünün daxili müvazinətini bərqərar bərpa etməyə qadirdisə, bu, çox gözəldi. Mənim üçün istirahət budur. İstirahətdən söz düşmüşkən, hər il ailəmlə birgə xarici ölkələrə istirahətə gedirəm. Ailəmlə birgə olanda məndə daxili bir tamlıq olur elə bil. Öz həyatımdan seçimimdən razıyam. Məni yola vermək çətin məsələdi, bəxtim onda gətirib ki, qarşıma Südabə xanım çıxıb. Mənim indi gördüyünüz kimi qalmağımın səbəbkarı da odur. (gülür)


İnsan
qoyub getdikləri ilə yaşayır...


İnsan
mal-mülk deyil, hissiyyatdı, unutmadığı xatirədi, yaddaşdı, dediyi sözdü, yazdığı kitabdı, oxuduğu nəğmədi. Əsas odur ki, sən yaşadığın müddət ərzində, mövcud olduğun zaman kəsiyində o zamandakı məsafənin uzunluğundan qısalığından asılı olmayaraq hansısa insani dəyər ölçülərə sadiq bir ömür yaşayasan. 

 





15.09.2014    çap et  çap et