525.Az

Məşhur Yeddilikdən biri və ya birincilərə bayram təbriki


 

Məşhur Yeddilikdən biri və ya birincilərə bayram təbriki <b style="color:red"></b>

Do,re, mi, fa, sol, lya, si. Bu məşhur yeddiliyi bütün dünya tanıyırdı. Özləri adları kimi lakonik kiçik olsalar da. Bu dəfə məktəbə getmək sırası lya notuna çatmışdı. qədər çox əsərlərin not yazısına düşsə , hələ çox şey öyrənməliydi. Üzeyir bəy ona bu işdə yol göstərəcəkdi. O biri notlar kimi o da sakit, axıcı, mülayim, arabir stakkato tempində tullana-tullana, hərdən forte kimi güclü, dəlisov olmağı bacarırdı. Amma yeddisi birlikdə olanda bu məşhur yeddiliyin pauzası da möhtəşəm olurdu. Sakitlik isə həmişə rahatlıq gətirmir. Bu səssizliyin içində yerinə düşməyən notlar da olurdu. Necə deyərlər, notların belə dostluğundan sui-istifadə edənlər var idi getdikcə çoxalırdı...

 

Bu gün məhz belə zamanda yaşayırıq. Uyğun gəldi, gəlmədi, sadəcə notları bir-birinin yanına düzməklə, işarəsiz-filansız real dünyaya göz açanəsərlərin siyahısı gündən-günə uzanır. Uzanan isə tək siyahı deyil, həm əsl musiqini dərk edən insanların səbridir. Düzdür, Allah səbr edənləri sevər, amma hər dəfə hövsələmizi basıb etdiyimiz səbrlər kasanı doldurmaq üzrədir. Elə hər sahədə! Kasanı ağzınacan dolmağa qoymayaq ki, sabahın Üzeyir Hacıbəylisini yetişdirə bilək. Bəlkə söhbət sabahın Üzeyirlərindən gedir!

 

Dünən, bu gün, sabah... Yenə dialektika. Anadan olandan ta dünyadan köçənə qədər dialektikanın qanunları bizi, biz onu izləyirik. Əzrayıl isə təsadüfü izləyir, zərurəti. Deməli, izlənməli olan bu gündür. Bu günün tamaşası, bu günün kinosu, gündəmin yazısı, aktual xəbər, günün lideri, prioritet musiqi sair ilaxir. Qalanlarını deyə bilməsək, əsl prioritet musiqi sabah da prioritet olacaq. Amma sabahın plagiat olacaq hər şeyi üçün bu gündən həyəcan təbili çalmaq lazımdır.

 

Yeddiliyin arasında altıncı not olan lya notunun məktəbə getmək üçün artıq hər şeyi hazır idi. Sadəcə gündəliyindəki qiymətləri Üzeyir bəy yazacaqdı. Təbii ki, söhbət layiqli qiymətdən gedir.

 

Odur ki, hamımızın Bilik Musiqi günü mübarək! Xüsusən Birincilərin!

Tünzalə TAHİRQIZI
 





15.09.2014    çap et  çap et