525.Az

Qumbaraatan mərmilərinin istehsalına başlanılacaq


 

Qumbaraatan mərmilərinin istehsalına başlanılacaq<b style="color:red"></b>

Azərbaycan yaxın vaxtlarda 3 növ qumbaraatan mərmisinin istehsalına başlayacaq.

APA-nın məlumatına görə, yeni mərmilər ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində nümayiş etdirilib.
 
Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, bunlar RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatlarıdır.
 
«Yaxın vaxtlarda hər üç növ döyüş sursatının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün müvafiq istehsal sahəsi yaradılıb», - deyə A. Məmmədov vurğulayıb.
 
Nazirlik rəsmisi artıq MSN-in Serbiya şirkəti ilə birlikdə barabanlı əl qumbaraatanlarının istehsalına başladığını da qeyd edib.
 
Qeyd edək ki, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı MSN stendində əyani şəkildə sərgilənib.

 





15.09.2014    çap et  çap et