525.Az

“Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov”


 

“Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov”<b style="color:red"></b> “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsinin icrasına başlayıb.

Lent.az-ın verdiyi məlumata görə, layihədə məqsəd Aran regionunda orta məktəb şagirdləri üçün vətənpərvərlik mövzusunda maarifləndirici xarakterli materialların hazırlanması və təbliğat işinin daha səmərəli qurulması üçün vətənpərvərlik tərbiyəsi işinə dəstək verilməsidir.

Layihə çərçivəsində hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlər, hərbi yönümlü QHT-lər və gənclər təşkilatlarının iştirakı ilə Dəyirmi Masa keçiriləcək, tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Milli Qəhrəman Koroğlu Rəhimovla bağlı buklet hazırlanaraq dərc olunacaq.
 





15.09.2014    çap et  çap et